Tinder İstifadə Qaydaları

2026-cı il martın 1-dən qüvvədədir. bu İstifadə şərtlərini PDF olaraq endirin

İstifadə Qaydalarımızın qısa xülasəsi aşağıda göstərilib.

  • Kaliforniyadan olan abunəçilər: Abunə olduqdan sonrakı üçüncü günün gecə yarısınadək abunəliyinizi istənilən vaxt cərimə və ya öhdəlik olmadan ləğv edə bilərsiniz.

  • Xarici Xidmət abunəliklərİ: Xarici xidmət vasitəsilə (məs., Apple ID, Google Play) abunə olmusunuzsa, abunəliyinizi həmin xarici xidmət vasitəsilə ləğv etməlisiniz (ətraflı məlumat Bölmə 8a-da göstərilib).

  • Apple ID geri ödənişlərİ: Apple ID vasitəsilə abunə olmusunuzsa, geri ödənişlər Tinder deyil, Apple tərəfindən emal edilir. Geri ödəniş sorğusunu telefonunuzdakı Apple ID hesabınızla və ya https://getsupport.apple.com ünvanında göndərə bilərsiniz.

  • Bütün digər geri ödənişlər: Bütün digər istifadəçilər geri ödəniş sorğusu göndərmək üçün Kömək Mərkəzimiz vasitəsilə Tinder Müştəri Xidmətləri ilə əlaqə saxlaya bilər və ya alıcı kimi bu razılaşmanı ləğv etməyinizi və ya oxşar təsirə malik sözləri ifadə edən imzalı və tarixli bildirişi göndərə və ya çatdıra bilər. Xahiş edirik, adınızı, habelə e-poçt ünvanınız, telefon nömrəsini və ya hesabınızı açarkən istifadə etdiyiniz hər hansı digər unikal identifikatoru da əlavə edin.

Ləğv/İmtina ilə bağlı əlaqə məlumatları: Tinder, Attn: Cancellations, P.O. Box 25472, Dallas, Texas 75225, USA.

Biznes Ünvanı: Şirkətin biznes fəaliyyəti qismən bu ünvanda həyata keçirilir: 8750 N. Central Expressway, Suite 1400, Dallas, TX 75231.

Qaydalar üçün müraciətlər: İstifadə Qaydalarının ("Qaydalar") sizə göndərilməsi üçün bu ünvana məktub göndərə bilərsiniz: Terms Inquiries, P.O. Box 25472, Dallas, Texas 75225, USA.

Kaliforniya İstehlakçılarının Şikayətləri: Kal. Mülki Məcəlləsinin §1789.3, saylı maddəsinə əsasən, şikayətinizi Kaliforniya İstehlakçı Münasibətləri Departamentinin Müştəri Xidmətləri şöbəsinin Şikayətlərlə bağlı Yardım bölməsinə bildirmək üçün "Consumer Information Division, 1625 North Market Blvd., Suite N112 Sacramento, CA 95834" ünvanına yazılı şəkildə müraciət etməklə və ya (800) 952-5210 nömrəsinə zəng etməklə Yardım bölməsi ilə əlaqə saxlaya bilərsiniz.

Qeyd: Müqaviləni oxumağınızı və anlamağınızı asanlaşdırmaq üçün bir neçə bölmənin əvvəlində qısa xülasələr təqdim etmişik. Xülasələr rahatlıq üçün verilib və müvafiq bölmənin mətnini əvəz etmir, odur ki, yenə də hər bir bölməni tam oxumalısınız.

  1. 1. GİRİŞ

    Tinder-in Xidmətlərindən istifadə etməklə bu İstifadə Qaydaları Razılaşmasına ("Qaydalar" və ya "Razılaşma"), o cümlədən Məxfilik Siyasətimiz, Kuki Siyasətimiz, İcma qaydalarımızTəhlükəsizlik İpuclarımıza riayət etməyə razılıq verirsiniz. Bu səbəbdən, hesab yaratmazdan əvvəl bu Razılaşmanı və bu siyasət və prosedurları diqqətlə oxumağınız vacibdir.

    MÜBAHİSƏLƏRİN HƏLLİ: XAHİŞ EDİRİK, AŞAĞIDAKI BÖLMƏ 15-DƏ MÜBAHİSƏLƏRİN HƏLLİ ŞƏRTLƏRİNİ DİQQƏTLƏ OXUYUN. BUNLAR TINDER İLƏ SİZİN ARANIZDAKI MÜBAHİSƏLƏRİN HƏLLİ ÜSULLARINI MÜƏYYƏN EDİR.

    15-Cİ BÖLMƏ TƏLƏB EDİR Kİ, MƏHDUD İSTİSNALAR OLMAQLA, SİZİNLƏ TINDER ARASINDAKI BÜTÜN MÜBAHİSƏLƏR, O CÜMLƏDƏN ARBİTRAJ EDİLƏ BİLƏNLİKLƏ BAĞLI MÜBAHİSƏLƏR HÜQUQİ QÜVVƏYƏ MALİK OLAN VƏ QƏTİ ARBİTRAJ İLƏ HƏLL EDİLƏCƏK. 15-Cİ BÖLMƏYƏ HƏMÇİNİN ARBİTRAJDAN ƏVVƏL MƏCBURİ MÜBAHİSƏLƏRİN HƏLLİ PROSESİ, KİÇİK İDDİALAR ÜZRƏ MƏHKƏMƏ SEÇİMİ, SİNFİ İDDİA VƏ MÜNSİFLƏR HEYƏTİ İLƏ DİNLƏMƏDƏN İMTİNALAR, ELƏCƏ DƏ KÜTLƏVİ ARBİTRAJ MÜRACİƏTLƏRİ ÜÇÜN HÜQUQLARINIZA TƏSİR EDƏN ƏLAVƏ PROSESLƏR DAXİLDİR. ARBİTRAJ PROSESİNDƏ MƏHKƏMƏ İLƏ MÜQAYİSƏDƏ KƏŞFİYYAT VƏ MÜRACİƏTİN NƏZƏRDƏN KEÇİRİLMƏSİ ADƏTƏN DAHA AZ OLUR.

    Bu Qaydaları vaxtaşırı olaraq yeniləyə bilərik, buna görə də, müntəzəm olaraq yenilikləri yoxlayın.

    Podratçıl qurumlar: Tinder-ə xoş gəlmisiniz.

    • Avropa İqtisadi Bölgəsində, Böyük Britaniyada və ya İsveçrədə yaşayırsınızsa, bu İstifadə şərtləri siz və aşağıdakı tərəf arasındadır: MTCH Technology Services Limited (“MTCH Technology”) 10 Earlsfort Terrace Dublin 2, D01 T380 Ireland

    • Yaponiyada yaşayırsınızsa, bu İstifadə Qaydaları sizinlə aşağıdakı şirkətin münasibətlərini tənzimləyir: MG Japan Services GK ("MG Japan") Sumitomo Fudosan Azabu Bldg. 1-4-1 Mita Minato-ku, Tokio 108-0073 Japan

    • Hər hansı başqa yerdə yaşayırsınızsa, İstifadə Qaydaları siz və aşağıdakı tərəf arasındadır: Tinder LLC ("Tinder") 8750 North Central Expressway, Suite 1400 Dallas, TX 75231, USA

    “Biz”, “bizim” və “Tinder” anlayışları yaşadığınız ölkədən asılı olaraq MTCH Technology, MG Japan, ya da Tinder-i ifadə edir. Siz və Tinder birlikdə "Tərəflər", ayrılıqda isə "Tərəf" adlandırılırsınız. Bu müqavilədə istifadə edilən "Tinder", "biz", "Şirkət" və "bizim" terminləri ilə müvafiq olaraq Tinder MMC və/yaxud MTCH Technology Services Limited nəzərdə tutulur.

    Tinder.com saytı ("Veb-sayt"), Tinder mobil tətbiqi ("Tətbiq") və ya Tinder tərəfindən təklif olunan hər hansı digər platforma və ya xidmətlərdə Xidmətlərimizə çıxış etməklə və ya onlardan istifadə etməklə bu Razılaşmanı qəbul etmiş olursunuz və buna görə məsuliyyət daşıyırsınız. Bu Razılaşma qeydiyyat və ya abunəlik statusundan asılı olmayaraq, Xidmətlərimizdən istifadə edən hər kəsə tətbiq edilir.

    Xidmətlərimizə çıxış və onlardan istifadə həmçinin Məxfilik Siyasəti, Cookie Siyasəti, İcma qaydalarıTəhlükəsizlik İpuclarına, həmçinin Tinder-dən əlavə xüsusiyyət və ya xidmətləri aldığınız zaman açıqlanacaq və sizin tərəfinizdən təsdiqlənəcək hər hansı bir istilahlarına (“Satınalma Zamanı Əlavə Qaydalar”) da tabedir və istinad olunduqca bu Razılaşmaya əlavə edilir. Bu razılaşmaya görə məsuliyyət daşımaq istəmirsinizsə, Xidmətlərimizə çıxış əldə etməyin və ya onlardan istifadə etməyin.

    Məcburi Funksiyalar: Biz Xidmətlərimizə istənilən vaxt məcburi funksiyalar əlavə etmək hüququnu özümüzdə saxlayırıq. Bu funksiyalar Xidmətlərimizin funksionallığını, təhlükəsizliyini və ya ümumi istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün tərtib oluna bilər. Bu funksiyalar məcburi olduğu üçün bu funksiyalardan istifadə etmək istəməsəniz, 9 saylı Bölmədə göstərildiyi kimi hesabınıza girişi itirə və ya hesabınızı silmək məcburiyyətində qala bilərsiniz.

    Qaydalarda dəyişikliklər: Bu qaydalar vaxtaşırı dəyişdirilə bilər. Ciddi dəyişikliklər barədə bildiriş bu səhifədə aktual qüvvəyə minmə tarixi ilə birlikdə dərc ediləcək. Sizə Qaydalarda edilən dəyişikliklər barədə e-poçt, tətbiq daxilində bildiriş və ya digər vasitələrlə məlumat verilə bilər; ancaq dəyişikliklərlə bağlı bu səhifəni müntəzəm olaraq yoxlamaq üçün özünüz məsuliyyət daşıyırsınız. Müvafiq qanunvericiliklə icazə verilən maksimum dərəcədə, bu Qaydaların qüvvəyə minmə tarixindən sonra xidmətlərimizə çıxış etmək və ya onlardan istifadə etmək edilmiş hər hansı dəyişikliklərlə razılaşmağınız kimi qəbul ediləcək, nəticədə yenilənmiş Qaydalara görə hüquqi məsuliyyət daşıyacaqsınız. Qaydalara edilmiş dəyişikliyi qəbul etmirsinizsə, Xidmətlərimizə çıxış əldə etməyi və onlardan istifadə etməyi dərhal dayandırmalısınız.

    Lakin yuxarıda deyilənlərə baxmayaraq, aşağıdakı Bölmə 14-də Öhdəliyin Məhdudlaşdırılması və Bölmə 15-də Mübahisələrin Həlli şərtlərinə edilmiş hər hansı ciddi dəyişikliyə görə (və ya qanunla tələb olunan digər hallarda) sizin aydın razılığınız tələb ediləcək. Bundan əlavə, müvafiq qanunvericiliyə uyğun olaraq, biz öz mülahizəmizlə abunəlik planlarımızda olan funksiyaların mövcudluğunu istənilən şəkildə və istənilən vaxt dəyişdirmək hüququnu özümüzdə saxlayırıq.

  2. 2. HESABIN UYĞUNLUĞU; MƏSULİYYƏTLƏRİNİZ

    Tinder-də hesab yaratmazdan əvvəl Xidmətlərimizdən istifadə etmək üçün uyğun olub-olmadığınızı yoxlayın. Bu bölmədə həmçinin Xidmətlərdən istifadə edərkən nələri edə bilib-bilməyəcəyiniz, həmçinin Tinder-ə verdiyiniz hüquqlar qeyd edilir.

    2a. Uyğunluq

    Aşağıdakıların hamısı doğru olmadıqda hesab yarada bilməz və Xidmətlərdən istifadə edə bilməzsiniz. Xidmətlərdən istifadə etməklə aşağıdakıları bəyan edir və doğruluğuna zəmanət verirsiniz:

    • Siz 18 yaşı tamam olmuş fiziki şəxssiniz (yəni korporativ orqan, tərəfdaşlıq və ya digər sahibkarlıq subyekti yox);

    • Tinder ilə hüquqi qüvvəyə malik müqavilə bağlamaq hüququnuz var;

    • ABŞ Hökumətinin embarqo tətbiq etdiyi və ya ABŞ Hökuməti tərəfindən "terroristləri dəstəkləyən" ölkə kimi tanınmış ölkədə deyilsiniz;

    • Adınız Amerika Birləşmiş Ştatlarında bizneslə məşğul olması qadağan edilmiş şəxslərin siyahısında (məsələn, ABŞ Maliyyə Nazirliyinin Xüsusi kateqoriyalı və qadağa qoyulmuş şəxslərin siyahısı və ya oxşar hökumət orqanlarının siyahısı) yoxdur və ya sizə bənzər heç bir başqa qadağa tətbiq edilməyib);

    • Qanunla Xidmətlərimizdən istifadə etməyiniz qadağan edilməyib;

    • Heç bir zorakılıq, zorakılıq təhdidi və ya cinsi davranış pozuntusu olan cinayət törətməmiş, bununla əlaqədar məhkum edilməmiş, yaxud "nolo contendere" iddia etməmisiniz;

    • Cinsi cinayətkar olaraq heç bir ştatda, federal və ya yerli cinsi cinayətkarlar bazasında qeydiyyatdan keçməyiniz tələb edilməyib;

    • Xidmətlərimizdə başqa aktiv hesabınız yoxdur; və

    • Əvvəllər Xidmətlərimizdən və ya tərəfdaşlarımızın xidmətlərindən biz və ya tərəfdaşlarımız tərəfindən silinməmisiniz və ya başqa cür silinməyibsiniz. Yeni hesab yaratmaq üçün açıq şəkildə yazılı icazənizin olması istisna təşkil edir.

    Bu tələblərə nə vaxtsa cavab verməsəniz, Xidmətlərimizə və sistemlərimizə hər hansı formada çıxış imkanı avtomatik olaraq geri götürülür. Bu zaman hesabınızı dərhal silməlisiniz və biz Xidmətlərimizə çıxış imkanınızı xəbərdarlıq etmədən ləğv etmək və hesabınızı silmək hüququnu özümüzdə saxlayırıq.

    2b. Məsuliyyətləriniz

    Siz aşağıdakılara razılıq verirsiniz:

    1. Bu Qaydalara əməl etmək, həmçinin hər hansı dəyişikliklərdən xəbərdar olmaq üçün bu səhifəyə mütəmadi olaraq baş çəkmək;

    2. Məxfilik, əqli mülkiyyət, spam əleyhinə qanunlar və normativ tələblərlə məhdudlaşmadan bütün müvafiq qanunlara əməl etmək;

    3. Veb-sayt və/yaxud Tətbiqin ən son versiyasından istifadə etmək;

    4. Başqa istifadəçilərə Xidmətlərimizdə və Xidmətlərimizdən kənarda nəzakətli və hörmətli münasibət göstərmək;

    5. Müştəri xidmətləri üzrə nümayəndələrimiz və ya digər əməkdaşlarımızla ünsiyyət saxlayarkən hörmətli davranın;

    6. Təhlükəsizlik ipuclarını nəzərdən keçirmək;

    7. Vaxtaşırı olaraq yenilənən İcma qaydalarını nəzərdən keçirib onlara əməl etmək; və

    8. Hesabınızın və giriş məlumatlarınızın təhlükəsizliyini qorumaq üçün müvafiq tədbirlər görün.

    2c. Qadağan edilmiş davranış

    Aşağıdakıları etməməyə razılıq verirsiniz:

    1. Şəxsiyyətiniz, yaşınız, əmək vəziyyətiniz (cari və ya keçmiş), kvalifikasiyalarınız və hər hansı şəxs və ya qurumla münasibətinizi təhrif etmək;

    2. Xidmətlərdən Xidmətlərə zərər verəcək və ya istifadəçilərin onlardan istifadəsini məhdudlaşdıracaq şəkildə istifadə etmək;

    3. Xidmətlərdən platforma, serverlər və Xidmətlərimizin şəbəkələrinə müdaxilə etmək, işini pozmaq və ya mənfi təsir etmək məqsədilə istifadə etmək;

    4. Virtual elementlərdən çirkli pulların yuyulması və ya digər maliyyə cinayətləri üçün istifadə edilməsi ilə məhdudlaşmadan, Xidmətlərimizdən hər hansı zərərli, qanunsuz və ya mənfur məqsədlə istifadə etmək;

    5. Narahat etmək, bullinq etmək, təqib etmək, qorxutmaq, böhtan atmaq, zərər vermək və ya hər hansı formada pis rəftar etmək;

    6. Qadağan edilmiş məzmun (aşağıda göstərilib) dərc etmək və ya paylaşmaq;

    7. Hər hansı məqsədlə parolları, eləcə də kommersiya və ya qeyri-qanuni məqsədlər üçün başqa istifadəçilərin fərdi identifikasiya məlumatlarını əldə etməyə cəhd etmək, həmçinin başqa şəxsin fərdi məlumatlarını onun icazəsi olmadan yaymaq;

    8. Hədiyyə, borc və ya əməkhaqqı formasında olmasından asılı olmayaraq, başqa istifadəçidən pul və ya digər dəyərli əşyalar almağa cəhd etmək;

    9. Başqa bir istifadəçinin hesabından istifadə etmək və ya öz hesabını başqası ilə paylaşmaq;

    10. Xidmətlərimizdən fırıldaqçılıq, piramida sxemi və ya digər oxşar praktika üçün istifadə etmək;

    11. Xidmətlərimizdən şəxsi siyasi fikirlərinizi paylaşmaq istisna olmaqla, hər hansı siyasi kampaniyanın maliyyələşdirilməsi və hər hansı seçki prosesinə təsir etmək məqsədilə istifadə etmək;

    12. Tinder tərəfindən sizə verilən lisenziyanın qaydalarını (aşağıda Bölmə 6-ya baxın) pozmaq;

    13. Açıqlamaq hüququnuz olmayan məxfi və ya konfidensial məlumatı açıqlamaq;

    14. Xidmətlərimiz vasitəsilə əlçatan olan hər hansı Üzv Məzmunu və ya Məzmunumuz, eləcə də hər hansı müəllif hüququ ilə qorunan materiallar, təsvirlər, ticarət nişanları, ticarət adları, xidmət nişanları və ya digər əqli mülkiyyət, məzmun və ya konfidensial məlumatı Tinder-in əvvəlcədən yazılı icazəsi olmadan kopiyalamaq, dəyişdirmək, ötürmək, paylamaq və ya onların əsasında törəmə işlər yaratmaq;

    15. Verdiyiniz bəyanatların Tinder tərəfindən dəstəkləndiyini demək və ya buna işarə etmək;

    16. Robot, axtarış robotu, sayt axtarışı / məlumatların çıxarılması tətbiqi, proksi və ya digər manual və ya avtomatik cihaz, metod və ya prosesdən istifadə etməklə Xidmətlərimiz və onun məzmununun naviqasiya quruluşu və ya təqdimatına çıxış əldə etmək, məlumat toplamaq, indeksləmək, çıxarmaq və ya məlumatları başqa yolla çoxaltmaq və ya aldatmaq;

    17. Viruslar və ya zərərli kod yükləmək, yaxud digər yollarla Xidmətlərimizin təhlükəsizliyinə xələl gətirmək;

    18. Xidmətlərimizə və ya onlar vasitəsilə ötürülən hər hansı məlumatın mənşəyini gizlətmək üçün başlıqları saxtalaşdırmaq və ya digər yollarla identifikatorlara müdaxilə etmək;

    19. Tinder-in əvvəlcədən yazılı icazəsi olmadan Xidmətlərimizin hər hansı hissəsini "saxtalaşdırmaq" və ya "köçürmək";

    20. Tinder və ya platformaya (və ya Tinder-in ticarət nişanı, ticarət adı, xidmət nişanı, loqo və ya sloqanı) istinad edən metateqlərdən, kod və ya digər cihazlardan istifadə edərək hər hansı məqsədlə hər hansı şəxsi hər hansı başqa veb-sayta yönləndirmək;

    21. Xidmətlərimizin hər hansı hissəsini dəyişdirmək, uyğunlaşdırmaq, sublisenziyalaşdırmaq, tərcümə etmək, satmaq, tərkib kodlarına ayırmaq, şifrəsini qırmaq, yenidən tərtib etmək və ya digər formada parçalamaq;

    22. Yazılı razılaşma olmadan, Xidmətlərimiz və ya Üzv Məzmunu və ya məlumatları ilə birbaşa qarşılıqlı əlaqədə olan hər hansı üçüncü tərəf tətbiqini və ya xidmətini, o cümlədən süni intellekt və ya maşın öyrənmə sistemlərini istifadə etmək və ya inkişaf etdirmək;

    23. Tinder-in yazılı razılığı olmadan Tinder tətbiqinin proqramlaşdırma interfeysindən istifadə etmək, ona çıxış əldə etmək və ya onu dərc etmək;

    24. Xidmətlərimiz, eləcə də hər hansı sistem və ya şəbəkəmizin zəif nöqtələrini araşdırmaq, nəzərdən keçirmək və ya test etmək;

    25. Bu Qaydaları pozan hər hansı fəaliyyətə həvəsləndirmək, onu təşviq etmək və ya belə fəaliyyətdə iştirak etməyə razılıq vermək;

    26. Hesabınızı dayandırmağımız və ya silməyimizdən sonra açıq şəkildə razılığımız olmadığı halda yeni hesab yaratmaq; və ya

    27. Üzvün davranışı və ya məzmunu haqqında yanlış, təhrif edilmiş və ya açıq şəkildə əsassız məlumat vermək və ya Tinder tərəfindən təqdim edilən hər hansı hesabat və ya şikayət sistemindən sui-istifadə etmək.

    Sizə bu Qaydalara əsasən verilən lisenziya və Xidmətlərə çıxış əldə etmək üçün hər hansı icazə yuxarıdakı addımları atdığınız halda avtomatik ləğv ediləcək.

    2d. Qadağan edilmiş məzmun

    Tinder aşağıdakı məzmunu yükləmək və paylaşmağı qadağan edir:

    1. Ağlabatan səbəblərdən başqa şəxsi narahat və ya təhqir edən, məyus edən və ya həyəcanlandıran hesab oluna bilən;

    2. Nalayiq, pornoqrafik, zorakı olan, başa formada insan ləyaqətini təhqir edən və ya çılpaq görüntünü ehtiva edən;

    3. Təhqiramiz, aşağılayıcı, hədələyici, ayrı-seçkilik edən və ya irqçilik, cinsiyyətçilik, nifrət və ya fanatikliyə həvəsləndirən və ya bunları təşviq edən;

    4. Qanunsuz olan və ya hər hansı qanunsuz fəaliyyəti asanlaşdıran məzmun, o cümlədən, lakin bunlarla məhdudlaşmadan, terrorizm, insan alveri, qanunsuz pul daşınmaları, uşaq istismarı və sui-istifadəsi və ya zorakılıq və ya nifrətin təşviqi;

    5. Özünə zərər vermə, qidalanma pozuntuları, təhlükəli yarışlar, zorakı ekstremizm və ya zərərli misinformasiya daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan istifadəçi və ya digər şəxsə zərər dəyməsi ilə nəticələnə biləcək hər hansı fəaliyyəti təşviq edən və ya asanlaşdıran;

    6. Böhtançı, iftiraçı və ya yanlış olan;

    7. Kommersiya fəaliyyətləri (satış, müsabiqə, işəgötürmə və yatırım fürsətləri, aksiya və reklam fəaliyyəti, xidmətləri zorla qəbul etdirmək, seks işi, "sponsor kişi" və ya "sponsorlu qadın" münasibətləri, başqa veb-saytlara keçidlər və premium xətt telefon nömrələri daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq) ilə əlaqədar olan;

    8. Lazımsız və ya spam e-poçtları ehtiva edən və ya onu asanlaşdıran.

    9. Tərkibində hər hansı proqram təminatı, aparat təminatı, telekommunikasiya, şəbəkələr, serverlər və başqa avadanlığın fəaliyyətinə mane olmaq, zərər vermək, fəaliyyətini məhdudlaşdırmaq və ya işini pozmaq məqsədilə yaradılmış hər hansı casus proqramı, reklam proqramı, korlanmış fayllar, soxulcan proqramlar və ya digər zərərli kod, eləcə də Tinder və ya başqa mənşəli hər hansı informasiya və ya fərdi məlumatı korlamaq, ələ keçirmək, tutmaq və ya ona müdaxilə etmək məqsədilə yaradılmış Troyan proqramı və ya hər hansı digər material olan;

    10. Üçüncü tərəflərin hüquqlarını pozan (əqli mülkiyyət hüquqları və məxfilik hüquqları daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq);

    11. Digər şəxsin (yetkinlik yaşına çatmamış şəxslər üçün isə valideyni və ya qəyyumunun) icazəsi olmadan həmin şəxsin şəklini və ya təsvirini ehtiva edən;

    12. Yetkinlik yaşına çatmamış şəxsin valideyni və ya qəyyumunun müşayiəti olmadan və ya paltarsız olan şəkilini və ya təsvirini ehtiva edən və ya yetkinlik yaşına çatmamış şəxsin cinsi fəaliyyətdə iştirak etdiyini təsvir edən və ya buna işarə edən;

    13. Xidmətlərin nəzərdə tutulmuş istifadəsinə uyğun gəlməyən; və ya

    14. Tinder və ya onun filiallarının nüfuzuna zərər verə bilər, yəni Tinder platformasında Tinder və onun filiallarını böhtana məruz qoyan və ya Xidmətin və Tinder-in filiallarının göstərdiyi hər hansı bir xidmətin sui-istifadəsini müdafiə edən məzmunun yüklənməsi və ya paylaşılması.

    Bu Qaydaları pozan məzmunun ("Qadağan olunmuş məzmun") yüklənməsi və paylaşılması hesabınızın dərhal dayandırılması və ya silinməsi ilə nəticələnə bilər.

  3. 3. MƏZMUN

    Xidmətlərimizdəki məzmunla, o cümlədən təqdim etdiyiniz və ya dərc etdiyiniz hər hansı məzmunla bağlı hüquq və məsuliyyətlərinizi anlamağınız vacibdir. Nalayiq məzmun dərc etməyiniz açıq şəkildə qadağan edilir.

    Xidmətlərimizdən istifadə etməklə siz aşağıdakı məzmunlara çıxış əldə edə bilərsiniz: (i) Xidmətlərimizə istifadəçi kimi yüklədiyiniz, təqdim etdiyiniz və ya paylaşdığınız və Xidmətlərimizin məsləhət gördüyü paylaşımlarınız da daxil olmaqla istənilən məzmun (bundan sonra "Məzmununuz" adlanır); (ii) başqa istifadəçilərin yüklədiyi və ya təqdim etdiyi məzmunlar (bunlar "Üzv Məzmunu" adlanır); və (iii) Tinder tərəfindən Xidmətlərimizdə təqdim edilən və paylaşılan məzmunlar ("Məzmunumuz" adlanır).

    Vaxtaşırı Tinder Xidmətlərin bir hissəsi kimi, süni intellekt və maşın öyrənməsi sistemlərindən ("Sİ Texnologiyası") istifadə edən müəyyən proqram təminatını sizə təqdim edə və ya bunlardan istifadə edə bilər. Bu cür Sİ Texnologiyası vasitəsilə yaratdığnız, yüklədiyiniz və ya paylaşdığınız hər hansı məzmuna görə yalnız siz məsuliyyət daşıyırsınız. Bu razılaşmada "məzmun" dedikdə istifadəçilərin profillərindəki və istifadəçilər arasındakı birbaşa mesajlardakı məlumatlar, eləcə də Sİ texnologiyası ilə sizin yaratdığınız, yüklədiyiniz və ya paylaşdığınız hər hansı məzmun da daxil olmaqla, heç bir məhdudiyyət olmadan Xidmətlərimizdəki bütün mətn, təsvir, video, audio və digər materiallar nəzərdə tutulur.

    3a. MƏZMUNUNUZ

    Məzmununuza görə siz məsuliyyət daşıyırsınız. Başqalarının görməsini istəmədiyiniz, bu Razılaşmanı pozan, yaxud özünüz və ya bizim üçün qanuni öhdəlik yarada biləcək heç bir şeyi paylaşmayın.

     Məzmununuza görə yalnız siz məsuliyyət daşıyırsınız, odur ki, Məzmununuzla bağlı hər hansı iddialara qarşı bizi sığortalamağa, qorumağa, məsuliyyətdən azad etməyə və cavabdeh hesab etməməyə razılıq verirsiniz.

    Bizə və ya hər hansı digər istifadəçiyə təqdim etdiyiniz məlumatların düzgün olduğunu, üçüncü tərəf mənbələri vasitəsilə (müvafiq hallarda) təqdim olunan hər hansı məlumatı, həmçinin onun düzgünlüyünü təmin etmək üçün hesabınızdakı məlumatları lazım gəldikdə yeniləyəcəyinizi bizə bəyan edir və bununla da zəmanət verirsiniz. Fərdi profilinizdəki məzmun Xidmətlərin nəzərdə tutulan istifadəsinə uyğun olmalıdır. Siz Qadağan edilmiş məzmun paylaşa bilməzsiniz, həmçinin məzmununuz İcma qaydalarına müvafiq olmalıdır.

    Özünüz və ya digər şəxsə aid olan hər hansı şəxsi əlaqə məlumatı, bank məlumatları, P2P sisteminə aid köçürmə məlumatlarını (məsələn, adlar, ev ünvanları və ya poçt indeksləri, telefon nömrələri, e-poçt ünvanları, URL-lər, kredit / debet kartları, P2P sistemində istifadəçi adı və ya digər bank rekvizitləri) nümayiş etdirə bilməzsiniz. Özünüz barədə hər hansı şəxsi məlumatı digər istifadəçilərə açıqlamağı seçsəniz, bununla bağlı riskləri üzərinizə götürürsünüz. Şəxsi məlumatları onlayn formada açıqlayarkən ehtiyatlı olmağınızı tövsiyə edirik.

    Fərdi profiliniz dünyanın fərqli yerindən olan başqa insanlar üçün açıq olacaq, odur ki, dərc etməzdən əvvəl Məzmununuzu paylaşdığınıza görə narahat olmayacağınıza əmin olun. Başqa istifadəçilərin Məzmununuza baxa biləcəyini, eləcə də Məzmununuzu bu Qaydalara rəğmən, üçüncü tərəflərlə paylaşa biləcəyini qəbul edirsiniz. Məzmununuzu yükləməklə bunu etmək üçün bütün lazımi hüquqlar və lisenziyalara malik olduğunuzu bəyan edir və buna zəmanət verirsiniz, həmçinin avtomatik olaraq bizə Məzmununuzdan aşağıda Bölmə 7-də göstərilən formada istifadə etmək üçün lisenziya vermiş olursunuz.

    Məzmununuz və Üzv Məzmunu vasitəsilə fərdi özünüifadəni genişləndirmək üçün alətlər və xüsusiyyətlər təqdim edə bilərik və Xidmətlərimizi yaxşılaşdırmaq üçün daim yeni texnologiyalar yaradırıq. Bəzi alətlər və ya funksiyalar sizə Sİ texnologiyasından istifadə də daxil olmaqla, Məzmununuzun əsasında məzmun yaratmaq və ya genişləndirmək imkanı verir. Bu yenə də sizin Məzmununuzdur, siz ona görə və onun düzgünlüyünə, Xidmətlərimizdə onun istifadəsinə, eləcə də Məzmununuz əsasında verilən istənilən və bütün qərarlara, görülən tədbirlərə və tədbir görməməyə görə məsuliyyət daşıyırsınız. Məzmununuzu seçərkən və paylaşarkən ehtiyatlı olun.

    Mesajlar və digər yazışmalar daxil olmaqla mövcud qanunvericiliyə uyğun olaraq maşın öyrənməsi və digər avtomatlaşdırılmış texnologiyalardan istifadə etmək də daxil olmaqla monitorinq etmək, inkişaf etdirmək, fərdiləşdirmək və Xidmətlərimizin inkişafı məqsədilə Məzmununuzu təhlil edə, daxil ola, saxlaya və istifadə edə biləcəyimizi başa düşür və qəbul edirsiniz.

    Məzmununuzu izləyə və ya nəzərdən keçirə biləcəyimizi anlayır və qəbul edirsiniz. Məzmununuzu öz mülahizəmizə görə vacib vaxtda təmizləmək, silmək, redaktə etmək, məhdudlaşdırmaq və ya bloklamaq və ya ona çıxışın qarşısını almaq hüququmuz var. Əgər məzmununuz Xidmətlərimizin əlçatan olduğu hər hansı yurisdiksiyada mövcud olan qanunla qadağan edilirsə, sizin yurisdiksiyanızda qeyri-qanuni olmasa belə biz onu silə bilərik. Əlavə olaraq, anlayır və qəbul edirsiniz ki, bizim Məzmununuzu göstərmək və ya nəzərdən keçirməklə bağlı heç bir öhdəliyimiz yoxdur.

    3b. ÜZV MƏZMUNU

    Üzv Məzmununa çıxışınız olsa da, o sizə məxsus deyil və siz Üzv Məzmununu bu Qaydalarda göstərilənlərdən başqa məqsədlərlə kopiyalaya və ya istifadə edə bilməzsiniz. 

    Başqa istifadəçilər də Xidmətlərimizdə məzmun paylaşacaqlar. Üzv Məzmunu onu dərc edən istifadəçiyə aiddir, həmin istifadəçinin göstərişinə əsasən serverlərimizdə saxlanılır və göstərilir.

    Üzv Məzmununun doğruluğunu hər zaman dəqiq şəkildə nəzərdən keçirməli və müstəqil şəkildə yoxlamalısınız. Digər istifadəçilər təqdim etdikləri Üzv Məzmununa əsasən məzmun yaratmaq və ya genişləndirmək üçün alətlərdən istifadə edə bilərlər. Üzv Məzmunu özündə qərəzli, yanlış, zərərli, təhqiramiz və ya aldadıcı məlumatlar ehtiva edə bilər. Digər istifadəçilər Üzv Məzmunlarına görə, eləcə də Üzv Məzmunundan istifadələrinə əsasən verilmiş hər hansı qərar, görülmüş tədbirlər və ya tədbir görülməməsinə görə məsuliyyət daşıyırlar. Tinder bu cür Üzv Məzmununa görə açıq şəkildə məsuliyyətdən imtina edir.

    Üzv Məzmunu ilə bağlı heç bir hüququnuz yoxdur və Tinder tərəfindən açıq şəkildə icazə verilən hallar istisna olmaqla, Üzv Məzmunundan istifadə etməyinizə Xidmətlərimizin insanların bir-biri ilə ünsiyyət yaratması və görüşməsi məqsədinə uyğun olan dərəcədə icazə verilir. Üzv Məzmununu kopiyalaya bilməzsiniz və ondan kommersiya məqsədləri, spam yaymaq, qısnamaya yol vermək və qanunsuz təhdidlər etmək üçün istifadə edə bilməzsiniz. Üzv Məzmunundan yanlış istifadəyə görə hesabınızı silmək hüququnu özümüzdə saxlayırıq. Qadağan Edilmiş Məzmunla əlaqədar 2-ci bölmədə müəyyən edilmiş istifadə məhdudiyyətləri Üzv Məzmununuzun istifadəsinə və hər hansı digər məzmuna aiddir. Tövsiyə edilən profillərin necə sıralanması ilə bağlı məlumat almaq üçün Uyğunlaşma metoduna nəzər sala bilərsiniz.

    3c. MƏZMUNUMUZ

    Tinder Xidmətlərimizdəki bütün digər məzmun üzərində mülkiyyət və ya lisenziya hüququna malikdir. 

    Siz və Tinder arasında, Xidmətlərimizdə görünən və ya onlara daxil edilmiş hər hansı digər mətn, məzmun, qrafika, istifadəçi interfeysləri, ticarət nişanları, loqolar, səslər, incəsənət əsərləri, şəkillər və digər əqli mülkiyyət elementləri bizim nəzarətimizdə və ya lisenziyamızda saxlanılır və müəllif hüququ, ticarət nişanı və digər əqli mülkiyyət hüququ ilə qorunur. Məzmunumuz üzərində bütün hüquqlar, mülkiyyət hüququ və mənfəət hər zaman bizdə qalır. Biz sizə aşağıda Bölmə 6-da göstərildiyi kimi, Məzmunumuza çıxış əldə etmək və ondan istifadə etmək üçün məhdud lisenziya veririk və bütün digər hüquqları özümüzdə saxlayırıq.

  4. 4. NALAYİQ MƏZMUN VƏ YANLIŞ DAVRANIŞ; MƏLUMAT VERMƏ

    Tinder Xidmətlərimizdə nalayiq məzmun və ya davranışa dözmür. 

    Biz icmamızı pozitiv və hörmətcil saxlamaq ideyasına sadiqik və Xidmətlərimizdə və ya onlardan kənarda olan (əlaqəli şirkətlər tərəfindən idarə edilən xidmətlər daxil olmaqla, ancaq bunlarla məhdudlaşmayaraq) nalayiq məzmun və ya davranışa icazə vermirik. Sizi hər hansı uyğunsuz üzv Məzmunu və ya digər istifadəçilərin yanlış davranışları barədə məlumat verməyə çağırırıq. İstifadəçi barədə birbaşa istifadəçinin profilindəki "İstifadəçi Barədə Məlumat Ver" linki vasitəsilə və ya mesajlaşma bölməsində məlumat verə bilərsiniz. Siz həmçinin Müştəri Dəstəyi ilə əlaqə saxlaya bilərsiniz.

    Məxfilik Siyasətimizdə göstərildiyi kimi, biz istifadəçilərimizin təhlükəsizliyi üçün məlumatları əlaqədar şirkətlərimiz arasında paylaşa bilərik və bu Qaydaları pozduğunuzu düşünsək, lazımi tədbir görə bilərik, buraya sizi Xidmətlərimiz və (və ya) əlaqədar şirkətlərimizin xidmətlərində (məsələn, Hinge, Plenty of Fish, OkCupid, Match, Meetic, BLK, LoveScout24, OurTime, Pairs; ətraflı məlumat üçün Təhlükəsizlik səhifəmizə baxın) bloklamaq və (və ya) yeni hesablar yaratmağınızın qarşısını almaq daxildir. Başa düşür və qəbul edirsiniz ki, hesabınızla bağlı məlumatları başqa istifadəçilərimizin təhlükəsizliyi və ya məxfiliyini pozmaq ehtimalı olduqda sizinlə paylaşmaya bilərik.

    Üzv Məzmunu 1998-ci ilin Rəqəmsal texnologiyalar dövründə müəlliflik hüquqları haqqında qanun (DMCA) 512(c) və (və ya) 512(d) bəndlərinin qaydalar və şərtləri ilə tənzimlənir. Üzv Məzmunu ilə bağlı müəlliflik hüququnun pozulması hesab edilə biləcək hallarla bağlı məlumat vermək üçün aşağıda 12 saylı Bölməyə (Rəqəmsal texnologiyalar dövründə müəlliflik hüquqları haqqında qanun) baxın.

    Biz məzmun qaydalarımızı tətbiq etmək üçün avtomatlaşdırılmış alətlər və insan moderatorlarının birləşməsindən istifadə edirik. Buna müəyyən növ qadağan edilmiş materialı proaktiv şəkildə aşkar edən və silən texnologiya daxildir. Həmçinin istifadəçiləri rast gəldikləri hər hansı qeyri-münasib məzmunu bildirməyə təşviq edirik. Sistemlərimiz və proseslərimiz adətən ən ciddi və zərərli pozuntuların aşkar edilməsinə və aradan qaldırılmasına (məsələn, uşaq cinsi istismarı materialları və ya terror məzmunları) üstünlük verəcək şəkildə tərtib edilmişdir, hərçənd ki, belə məzmun hallarına çox az rast gəlinir. Məzmunu necə moderasiya etməyimiz haqqında əlavə məlumat üçün Təhlükəsizlik səhifəmizə nəzər salın.

    Pozuntular nəticəsində daha az ciddi qayda pozuntusu üçün xəbərdarlıqdan daha ciddi və ya təkrarlanan qayda pozuntuları üçün hesabın qadağan edilməsinə qədər cəza tədbirləri tətbiq oluna bilər. Məsələn, terrorizm məzmunu və ya uşaqların cinsi istismarı ilə bağlı materiallar kimi açıq şəkildə qanunsuz və zərərli məzmunlar qadağa ilə nəticələnəcək. Məzmununuzun səhvən silindiyini düşünürsünüzsə, apellyasiya şikayəti təqdim edə bilərsiniz. Daha ətraflı məlumat burada mövcuddur.

    Açıq-aşkar əsassız hesabatların təqdim edilməsi təqdim edən şəxsə qarşı tədbirlərin görülməsi ilə nəticələnə bilər. Sui-istifadəyə qiymət verərkən bir hesabatın qərəz və ya nifrət (məsələn, irqi, cinsi oriyentasiya və ya gender kimliyi kimi qorunan xarakteristikaya əsaslanan) və ya digər zərərli məqsədə əsaslandığına dair sübutlar kimi amilləri nəzərə alırıq. Açıq şəkildə əsassız hesabatların təkrar təqdim olunması qadağa ilə nəticələnəcək.

  5. 5. MƏXFİLİK

    Məxfilik bizim üçün vacibdir. Bizim bununla bağlı ayrıca siyasətimiz var, siz onu oxuyacağınıza razılıq verirsiniz. 

    Tinder və tərəfdaşlarının şəxsi məlumatlarınızı necə toplaması, istifadə etməsi və paylaşması ilə bağlı məlumatlar üçün Məxfilik Siyasətimizi oxuyun. Xidmətlərimizdən istifadə etməklə şəxsi məlumatlarınızdan Məxfilik Siyasətimizə əsasən istifadə edə biləcəyimizi qəbul edirsiniz.

  6. 6. TINDER TƏRƏFİNDƏN SİZƏ VERİLƏN HÜQUQLAR

    Tinder sizə Xidmətlərimizdən bu Qaydalar çərçivəsində istifadə etmək hüququ verir.

    Bu Qaydalara əməl etdiyiniz müddətdə Tinder sizə Xidmətlərimizə Tinder-in nəzərdə tutduğu, eləcə də bu Qaydalar və müvafiq qanunlarla icazə verilən qaydada çıxış əldə etmək və onlardan istifadə etmək üçün şəxsi, dünya üzrə, royaltisiz, ötürülə bilməyən, qeyri-eksklüziv, ləğv edilə bilən və sublisenziyalaşdırıla bilməyən lisenziya verir. Bu Qaydalara əməl etmədiyiniz halda bu lisenziya və Xidmətlərə çıxış üçün verilən hər hansı icazə avtomatik olaraq ləğv edilir.

  7. 7. TINDER-Ə VERDİYİNİZ HÜQUQLAR

    Tinder-ə təqdim etdiyiniz bütün məzmunun sahibi sizsiniz, ancaq bizə Məzmununuzdan bu Müqavilədə göstərildiyi kimi istifadə etmək hüququ verirsiniz.

    Hesab yaratmaqla siz Tinder-ə Məzmununuza, eləcə də (varsa) bizə daxil olmaq icazəsi verdiyiniz digər üçüncü tərəf mənbələrindən olan hər hansı məsnuma bütövlükdə və ya qismən, istənilən formada və hazırda mövcud olan və ya gələcəkdə yaradılacaq hər hansı bir format və ya platforma vasitəsilə ev sahibliyi etmək, onu saxlamaq, istifadə etmək, kopyalamaq, göstərmək, çoxaltmaq, adaptasiya etmək, redaktə etmək, dərc etmək, tərcümə etmək, dəyişdirmək, yeni formata salmaq, başqa işlərə daxil etmək, reklam etmək, yaymaq və digər yollarla cəmiyyətə açıq hala gətirməyə dünya üzrə, daimi, ötürülə bilən, sublisenziyalaşdırıla bilən, royaltisiz lisenziya verirsiniz.

    Siz əlavə olaraq Tinder-ə Razılaşmaya əsasən öhdəliklərini yerinə yetirmək və hüquqlarını həyata keçirmək üçün zəruri olan dərəcədə (a) məzmununuzu toplamaq və istifadə etmək; və (b) Sİ texnologiyası vasitəsilə də daxil olmaqla Xidmətləri və digər məhsul və xidmətləri təlimatlandırmaq, inkişaf etdirmək, uyğunlaşdırmaq, dəyişmək, zənginləşdirmək və təkmilləşdirmək üçün bütün dünya üzrə, daimi, köçürülə bilən, sublisenziyalaşdırılan, roaltisiz hüquq və lisenziya verirsiniz. Siz təsdiq edirsiniz ki, Tinder-in Xidmətləri qəbul edilmiş və yaradılmış məlumatlara (Məzmununuz daxil olmaqla) əsaslanaraq "öyrənə" və təkmilləşə bilər və bundan sonra "unuda bilməz".

    Tinder-in Məzmununuz üzərində lisenziyası qeyri-eksklüziv olacaq, lakin Tinder-in Xidmətlərimiz vasitəsilə (o cümlədən Sİ texnologiyasından istifadə ilə) yaradılmış törəmə işlər üzrə lisenziyası eksklüziv olacaq. Məsələn, Tinder Məzmununuzu əhatə edən Xidmətlərimizin skrinşotları üzərində eksklüziv lisenziyaya malik olacaq.

    Əlavə olaraq, Tinder-in Məzmununuzun Xidmətlərimizdən kənarda istifadəsinin qarşısını ala bilməsi üçün Məzmununuzun başqa istifadəçilər və ya üçüncü tərəflər tərəfindən Xidmətlərimizdən götürülərək hüquqları pozan formada istifadəsi hallarında Tinder-ə sizin adınızdan çıxış etmək hüququ verirsiniz. Bu, Məzmununuz üçüncü tərəflər tərəfindən götürülüb Xidmətlərimizdən kənarda istifadə edildikdə ABŞ Müəlliflik hüquqları haqqında Qanunun 17-ci bölməsinin 512(c)(3) bəndinə (Rəqəmsal texnologiyalar dövründə müəlliflik hüquqları haqqında qanun, Silinmə Bildirişləri) müvafiq olaraq bildirişlər göndərmək öhdəliyi-ni deyil, hüququnu açıq şəkildə əhatə edir. Tinder digər istifadəçilər və ya üçüncü tərəflərin Məzmununuzdan istifadəsi ilə bağlı tədbir görmək üzrə heç bir öhdəlik daşımır.

    Tinder-in Məzmununuz üzrə lisenziyası müvafiq qanunlarla (məsələn, şəxsi məlumatların qorunması qanunları, məzmunun həmin qanunlarda təsvir edilən şəxsi məlumatı ehtiva edib-etməməsindən asılı olaraq) tənzimlənir. Tinder-in sizə Xidmətlərimizdən istifadə etməyə icazə verməsinin əvəzində siz də razılaşırsınız ki, biz, eləcə də bizimlə əlaqədar şirkətlər və üçüncü tərəf tərəfdaşlarımız Xidmətlərimizdə reklam yerləşdirə bilər. Tinder-ə təkliflər və ya rəy təqdim etməklə razılaşırsınız ki, Tinder belə rəylərdən sizə ödəniş etmədən hər hansı məqsədlə istifadə edə bilər və siz bu cür təklif və ya rəylərə görə bütün hüquqlarınızdan imtina edirsiniz.

    Siz razılaşırsınız ki, Tinder qanunla tələb edilən və ya məlumatlara çıxış əldə edilməsi, onların saxlanması və açıqlanmasının aşağıdakı səbəblərdən zəruri olduğunu hesab etdiyi hallarda hesab məlumatlarınız, o cümlədən Məzmununuza çıxış əldə edə, onu saxlaya və ya açıqlaya bilər: (i) qanuni prosesə əməl etmək; (ii) bu Qaydaları tətbiq etmək; (iii) hər hansı məzmunun üçüncü tərəflərin hüquqlarını pozması iddialarına cavab vermək; (iv) müştəri xidmətləri müraciətlərinizə cavab vermək; (v) Şirkətin və ya hər hansı digər şəxsin hüquqları, mülkiyyəti və ya şəxsi təhlükəsizliyini qorumaq; (vi) qanunsuz fəaliyyət, fırıldaqçılıq və ya digər xəta şübhəsi ilə bağlı araşdırma aparmaq, qarşısını almaq və ya hər hansı digər tədbir görmək; (vii) digər istifadəçilərin məlumat sorğularına əməl etmək.

  8. PURCHASES AND AUTOMATICALLY RENEWING SUBSCRIPTIONS

    Tinder-dən məhsullar və xidmətləri satın almaq imkanınız olacaq. Abunəlik satın alsanız, abunəlik siz ləğv edənədək avtomatik yenilənəcək və sizdən ödəniş tutulacaq.

    Tinder iTunes, Google Play, yaxud Tinder tərəfindən icazə verilmiş hər hansı digər xarici xidmət (bunların hər biri "Xarici Xidmət" və onlar vasitəsilə edilmiş hər hansı satınalma "Xarici Xidmət Satınalması" adlandırılır) vasitəsilə məhsullar və xidmətlər təklif edə bilər. Tinder Veb-saytda və ya Tətbiq daxilində kredit kartı və ya hər hansı digər ödəniş emalçısı vasitəsilə də məhsullar və xidmətlər təklif edə bilər ("Daxili Satınalmalar"). Abunəliyinizi ləğv etsəniz, abunəlik müddətinizin sonunadək abunəlik imkanlarına çıxışınız davam edəcək, bundan sonra isə abunəliyiniz bitəcək.

    Xidmətlərimizdən abunəlik olmadan da istifadə etmək mümkündür, bu səbəbdən də, abunəliyinizi ləğv etmək profilinizin Xidmətlərimizdən silinməsinə səbəb olmur. Hesabınızı tamamilə silmək istəyirsinizsə, hesabınızı 9 saylı Bölmədə göstərildiyi kimi silməlisiniz.

    Tinder qlobal biznesi idarə edir və qiymətlərimiz bir neçə amildən asılı olaraq dəyişir. Biz tez-tez endirimli qiymətlər təklif edirik, bunlar isə region, abunəliyin müddəti, paketin ölçüsü, əvvəlki satınalmalar, hesabın fəaliyyəti və digər amillərdən asılı olaraq dəyişə bilər. Həmçinin, tez-tez yeni funksiyalar və ödəniş seçimlərini sınaqdan keçiririk. Abunəliyinizi vaxtında ləğv etməsəniz, abunəliyiniz sizdən heç bir fəaliyyət tələb olunmadan satınalma zamanı göstərilən tam qiymətə yenilənəcək və siz bizə ödəniş metodunuzdan həmin məbləğləri tutmağa icazə verirsiniz. Biz qanunla icazə verilən dərəcədə, əvvəlcədən heç bir xəbərdarlıq etmədən hər hansı məhsul, funksiya, xidmət və ya digər təklifin əlçatan olan miqdarını məhdudlaşdırmaq və ya tamamilə dayandırmaq; istənilən kupon, endirim, təklif və ya digər aksiyanın yerinə yetirilməsinə şərtlər qoymaq; istənilən istifadəçinin hər hansı əməliyyatı həyata keçirməsinə qadağa qoymaq; və hər hansı istifadəçiyə hər hansı məhsul, xidmət və ya digər təklifi təqdim etməkdən imtina etmək hüququnu özümüzdə saxlayırıq. 

    8a. XARİCİ XİDMƏT SATINALMALARI VƏ ABUNƏLİKLƏRİ

    Xarici Xidmət Satınalmaları, o cümlədən abunəliklər Xarici Xidmət vasitəsilə emal edilə bilər, bu halda belə satınalmaları Xarici Xidmət Hesabınızda idarə etməlisiniz. Abunəliklər ləğv edilənədək avtomatik yenilənir.

    Xidmətdə satınalma edərkən Apple ID və ya Google Play hesabı kimi Xarici Xidmət ("Xarici Xidmət Hesabınız") vasitəsilə ödəniş etmək seçiminiz ola bilər və Xarici Xidmət Hesabınızdan satınalmaya görə satınalma zamanı sizə açıqlanan şərtlər və Xarici Xidmət Hesabınıza tətbiq olunan ümumi şərtlərə əsasən ödəniş tutulacaq. Yaşadığınız yerdən asılı olaraq bəzi Xarici Xidmətlər sizdən satış vergisi tuta bilər, bu isə vaxtaşırı dəyişə bilər.

    If your External Service Purchase includes an automatically renewing subscription, your External Service Account will continue to be periodically charged for the subscription until you cancel. After your initial subscription commitment period, and again after any subsequent subscription period, the subscription will automatically continue for the price and time period you agreed to when subscribing. If you received a discounted promotional offer, your price may go up per the terms of that offer following the initial subscription period for any subsequent renewal period.

    To cancel a subscription: If you do not want your subscription to renew automatically, or if you want to change or terminate your subscription, you must log in to your External Service Account and follow instructions to manage or cancel your subscription, even if you have otherwise deleted your account with us or if you have deleted the App from your device. For example, if you subscribed using your Apple ID, cancellation is handled by Apple, not Tinder. To cancel a purchase made with your Apple ID, go to Settings within the app , and follow the instructions to cancel. You can also request assistance at Apple Support.

    Similarly, if you subscribed on Google Play, cancellation is handled by Google. To cancel a purchase made through Google Play, launch the Google Play app on your mobile device and navigate to Settings. You can also request assistance at Google Play. If you cancel a subscription, you may continue to use the canceled service until the end of your then-current subscription term. The subscription will not be renewed when your then-current term expires.

    Ödənişdən imtina etməyi seçsəniz və ya Xarici Xidmət Hesabınızla etdiyiniz ödənişi başqa yolla geri qaytarsanız, Tinder öz mülahizəsinə görə artıq Tinder abunəliyi istəməməyinizə əsaslanaraq dərhal hesabınıza xitam verə bilər. Ödənişdən imtina və ya ödənişin başqa şəkildə qaytarılması rədd edildikdə Müştəri Xidmətləri ilə əlaqə saxlayın. Siz abunəliyinizi Xarici Xidmət Hesabı vasitəsilə ləğv edənədək Tinder Xarici Xidmət Hesabınızdan tutulmuş bütün vəsaitləri özündə saxlayacaq. Bəzi istifadəçilərin geri ödəniş sorğusu göndərmək hüququ ola bilər. Ətraflı məlumat üçün aşağıda 8d bölməsinə baxın.

    8b. DAXİLİ SATINALMALAR VƏ ABUNƏLİKLƏR

    Daxili Satınalmalar, o cümlədən abunəliklər Veb-sayt və ya Tətbiqdə qeyd etdiyiniz Ödəniş Metodu vasitəsilə emal edilir. Abunəliklər ləğv edilənədək avtomatik yenilənir.

    Daxili Satınalma edərkən seçdiyiniz Xidmətlərə görə sizə göstərilən qiymətləri, eləcə də ödənişinizə tətbiq edilə bilən (və vaxtaşırı dəyişə bilən) satış vergisi və ya oxşar vergiləri ödəməyə razılıq verirsiniz və Tinder-ə təqdim etdiyiniz ödəniş metodundan ("Ödəniş Metodunuz") ödəniş tutmağa icazə verirsiniz. Tinder biz ödəniş sorğusu göndərdikdən və ya ödənişi əldə etdikdən sonra belə hər hansı faktura xətalarını və ya səhvlərini düzəldə bilər. Ödənişdən imtina etməyi seçsəniz və ya Xarici Xidmət Hesabınızla etdiyiniz ödənişi başqa yolla geri qaytarsanız, Tinder öz mülahizəsinə görə artıq Tinder abunəliyi istəməməyinizə əsaslanaraq dərhal hesabınıza xitam verə bilər. Ödənişdən imtina və ya ödənişin başqa şəkildə qaytarılması rədd edildikdə Müştəri Xidmətləri ilə əlaqə saxlayın.

    If your Internal Purchase includes an automatically renewing subscription, your Payment Method will continue to be periodically charged for the subscription until you cancel. After your initial subscription commitment period, and again after any subsequent subscription period, your subscription will automatically continue for the price and time period you agreed to when subscribing, until you cancel.

    To cancel a subscription, log in to the Website or App and go to the Account section. If you cancel a subscription, you may continue to use the cancelled service until the end of your then-current subscription term. The subscription will not be renewed when your then-current term expires.

    Parametrlər alətindən istifadə etməklə və linkə keçid etməklə Ödəniş Metodunuza dəyişiklik edərək abunəliyinizin müddətinin bitməsinə səbəb ola bilərsiniz. Müddətin bitməsi, kifayət qədər vəsait olmaması və ya digər səbəbdən ödəniş emal edilməzsə, tutulmamış məbləğlərə görə məsuliyyət daşımağa davam edirsiniz və bizə Ödəniş Metodunuzdan ona dəyişiklik etdikdən sonra belə ödəniş tutmağa icazə verirsiniz. Bu, sizin ödəniş üzrə faktura tarixlərinizin dəyişməsinə səbəb ola bilər.

    Əlavə olaraq, bizə kredit və ya debit kart emitentinizin verdiyi məlumat əsasında yenilənmiş və ya dəyişdirilmiş bitmə tarixi və kart nömrələrini əldə etməyə icazə verirsiniz. Ödənişinizin şərtləri Ödəniş Metodunuza əsaslanacaq və bunlar sizinlə maliyyə qurumu, kredit kart emitenti və ya seçdiyiniz Ödəniş Metodunun digər provayderi arasındakı razılaşmaya əsasən təyin oluna bilər. Amerika qitəsindən kənarda yaşayırsınızsa, qəbul edirsiniz ki, Tinder-ə ödənişiniz MTCH Technology Services Limited şirkəti vasitəsilə ola bilər. Bəzi istifadəçilərin geri ödəniş sorğusu göndərmək hüququ ola bilər. Ətraflı məlumat üçün aşağıda 8d bölməsinə baxın.

    8c. VİRTUAL ELEMENTLƏR

    Virtual elementlərə görə ödəniş geri qaytarılmır və onlar müəyyən şərtlərlə tənzimlənir.

    Vaxtaşırı olaraq Tinder-dən Super Like, Boost, Live Credits və ya Gifts ("Virtual Element(lər)") kimi virtual elementlərdə istifadə edilə bilən kreditlər daxil olmaqla, ancaq bunlarla məhdudlaşmayan xüsusi məhdud istifadəli funksiyalara məhdud, şəxsi, ötürülə bilməyən, sublisenziyalaşdırıla bilməyən, ləğv edilə bilən lisenziya və ya çıxış almaq imkanınız ola bilər. Virtual Elementləri bizdən və ya səlahiyyətli tərəfdaşlarımızdan yalnız Xidmətlərimiz vasitəsilə ala bilərsiniz.

    Virtual Elementlər bu Müqavilə çərçivəsində məhdud lisenziyanı təmsil edir və qanunla bu barədə qadağa nəzərdə tutulmadıqda Virtual Elementlərlə bağlı heç bir mülkiyyət hüququ və ya sahiblik sizə ötürülmür və ya verilmir. Bu Müqavilə Virtual Elementlərlə bağlı heç bir hüququn satılması kimi şərh edilməməlidir.

    Hesabınızda göstərilən hər hansı Virtual Element balansı real balans demək deyil və hər hansı saxlanılan dəyəri ifadə etmir və sadəcə lisenziya dərəcəsinin ölçüsünü göstərir. Virtual Elementlər istifadə edilmədikdə ödənişə səbəb olmur; ancaq bu Müqavilənin şərtlərinə əsasən, Tinder Xidmətlərimizi təqdim etməyi dayandırdıqda və ya hesabınız başqa formada bağlandıqda və ya silindikdə (bunlardan hansı daha tez baş verərsə) Virtual Elementlər üzrə sizə verilən lisenziya ləğv ediləcək.

    Tinder öz mülahizəsinə əsasən Virtual Elementlərə çıxış və ya onlardan istifadə etmək hüquqlarına görə ödəniş tutmaq və/yaxud Virtual Elementləri ödənişli və ya ödənişsiz formada paylamaq hüququnu özündə saxlayır. Tinder Virtual Elementləri istənilən vaxt idarə edə, tənzimləyə, dəyişdirə və ya ləğv edə bilər, buraya Virtual Elementlərin (varsa) qəbul edilən dəyərinə və ya satınalma qiymətinə təsir edə biləcək hərəkətlər də daxildir. Tinder bu kimi hüquqlarından istifadə etdiyi hallarda siz və ya üçüncü tərəf qarşısında heç bir öhdəlik daşımayacaq. Virtual Elementlərin ötürülməsi qadağandır, siz Virtual Elementləri heç bir şəxs və ya quruma sata, istifadəsinə verə və ya başqa formada ötürə bilməzsiniz. Virtual Elementlər yalnız bizim Xidmətlərimiz vasitəsilə əldə edilə bilər.

    VİRTUAL ELEMENTLƏRİN XİDMƏTLƏRİMİZ VASİTƏSİLƏ BÜTÜN SATINALMA VƏ ƏLDƏ EDİLMƏLƏRİ YEKUNDUR VƏ GERİ ÖDƏNİŞSİZDİR. RAZILAŞIRSINIZ Kİ, HESABINIZ KÖNÜLLÜ ŞƏKİLDƏ VƏ YA SİZDƏN ASILI OLMAYAN SƏBƏBLƏRDƏN BAĞLANDIQDA TINDER HEÇ BİR SƏBƏBDƏN GERİ ÖDƏNİŞ ETMƏLİ DEYİL VƏ İSTİFADƏ EDİLMƏMİŞ VİRTUAL ELEMENTLƏRƏ GÖRƏ SİZƏ PUL VƏ YA BAŞQA KOMPENSASİYA ÖDƏNİLMƏYƏCƏK.

    8d. GERİ ÖDƏNİŞLƏR

    Adətən, bütün satınalmalar geri ödənişsizdir. Avropa İttifaqı, Avropa İqtisadi Bölgəsi, Birləşmiş Krallıq, İsveçrə, Koreya və İsraildə geri ödənişlər üçün xüsusi qaydalar tətbiq edilir. Geri ödənişlər üçün xüsusi qaydalar Arizona, Kaliforniya, Kolorado, Konnektikut, İllinoys, Ayova, Minnesota, Nyu-York, Şimali Karolina, Rod-Aylend və Viskonsində də tətbiq edilir.

    Ümumiyyətlə, bütün satınalmalar yekundur və geri ödənişsizdir, yarımçıq istifadə edilmiş müddətlər üçün geri ödəniş və ya kreditlər mövcud deyil, yurisdiksiyanızda tətbiq olunan qanunların geri ödənişlərə icazə verməsi halları istisna təşkil edir.

    Avropa İttifaqı, Avropa İqtisadi Bölgəsi, Birləşmiş Krallıq və İsveçrədə yaşayan abunəçilər üçün:

    Yerli qanuna əsasən, abunəlik başladıqdan sonrakı 14 gün ərzində tam geri ödəniş almaq hüququnuz var. Nəzərə alın ki, bu 14 günlük müddət abunəliyin başladığı gündən hesablanır.

    Almaniyada yaşayan abunəçilər üçün

    Abunəliyiniz yeniləndikdən sonra onu bir ay ərzində bildiriş göndərməklə ləğv edə bilərsiniz. Bu, abunəliyi əsaslı səbəbə görə ləğv etmək hüququnuza təsir etmir.

    Koreya Respublikasında yaşayan abunəçilər və Virtual Elementlərin alıcıları üçün:

    Yerli qanuna əsasən, satınalmadan sonrakı 7 gün ərzində abunəlik və/yaxud istifadə edilməmiş Virtual Elementlərə görə tam geri ödəniş almaq hüququnuz var. Nəzərə alın ki, bu 7 günlük müddət satınalmadan sonra başlayır.

    Arizona, Kaliforniya, Kolorado, Konnektikut, İllinoys, Ayova, Minnesota, Nyu-York, Şimali Karolina, Ohayo, Rod-Aylend, Viskonsin və İsraildə yaşayan abunəçilər üçün:

    Ləğv Etmək Hüququnuz - Abunəliyinizi heç bir cərimə və ya öhdəlik olmadan, abunə olduğunuz gündən sonrakı üçüncü günün gecə yarısınadək istənilən vaxt ləğv edə bilərsiniz. Abunəlik müddətinizin bitməsindən əvvəl vəfat etdiyiniz halda ailənizin etdiyiniz ödənişin ölümünüzdən sonrakı müddətə aid edilə biləcək hissəsi üçün geri ödəniş almaq hüququ var. Abunəlik müddətinizin bitməsindən əvvəl əlil olsanız (Xidmətlərimizdən istifadə edə bilməyəcək formada), aşağıdakı göstərilən geri ödəniş sorğusunda olduğu kimi Şirkətə bildiriş göndərməklə etdiyiniz ödənişin əlilliyinizdən sonrakı müddətə aid edilə biləcək hissəsi üçün geri ödəniş almaq hüququnuz var.

    Yuxarıdakılardan hər hansı biri sizə aiddirsə və Apple ID-nizi istifadə edərək abunə olmusunuzsa, geri ödəniş sorğularınıza Tinder yox, Apple tərəfindən baxılır. Geri ödəniş sorğusu göndərmək üçün, Xarici Xidmətinizlə birbaşa əlaqə saxlayın; məsələn, Apple cihazınızdan istifadə etməklə Parametrlər > iTunes və App Stores > [Apple ID-nizə klikləyin] > Apple ID-ni göstər > Satınalma Tarixçəsi bölməsinə keçin. Əməliyyatı tapın və "Problemi bildir" seçimini edin. Geri ödəniş sorğusunu Apple Dəstək vasitəsilə də göndərə bilərsiniz. Hər hansı başqa satınalma üçün sifariş nömrənizlə (təsdiq e-poçtunuza baxın) Tinder Müştəri Xidmətləri ilə əlaqə saxlayın, bunu etmək üçün alıcı kimi bu Müqaviləni ləğv etdiyinizi bildirən, yaxud oxşar sözlərlə həmin mənanı ifadə edən imzalanmış və tarix göstərilmiş bildirişi e-poçt və ya çatdırılma yolu ilə göndərə bilərsiniz. Zəhmət olmasa, sifariş nömrənizlə yanaşı hesabınızla əlaqədar olan e-poçt ünvanı və ya telefon nömrəsini də qeyd edin. Bildiriş bu ünvana göndərilməlidir:

    Tinder,
    Attn: Cancellations,
    P.O. Box 25472,

    Dallas, Texas 75225, USA

  9. 9. HESABIN SİLİNMƏSİ

    Xidmətlərimizdən istifadə etmək istəməsəniz və ya hər hansı səbəbdən hesabınızı silsək, aşağıdakıları bilməlisiniz.

    İstənilən vaxt Veb-sayt və ya Tətbiqdə hesaba daxil olaraq "Parametrlər" bölməsinə keçib, "Hesabı Sil" seçiminə klikləyib təlimatlara əməl edərək hesabın silinməsi prosesini tamamlaya bilərsiniz. Bununla belə, hesabdan əlavə çıxılmaların qarşısını almaq üçün Xarici Xidmət Satınalmalarını Xarici Xidmət Hesabınız (məs., Apple App Store, Google Play Store) vasitəsilə ləğv etməli / dəyişdirməlisiniz.

    Tinder həmçinin bu Qaydalara əməl etmədiyinizə, Xidmətlərimizdən sui-istifadə etdiyinizə və ya Xidmətlərimizdə Tinder tərəfindən nalayiq və qanunsuz hesab edilən davranış nümayiş etdirdiyinizə dair kafiyə qeyri-kafiyə hesab edərsə, tamamilə bizim ixtiyarımızda olaraq araşdırmaq, lazım olduqda isə sizə geri ödəniş etmədən hesabınızı bloklamaq, silmək və ya qadağan etmək hüququnu özündə saxlayır. Biz istənilən vaxt öhdəlik daşımadan və sizə əvvəlcədən xəbərdarlıq etmək öhdəliyi olmadan bu Qaydaları tətbiq etmək üçün Xidmətlərimizə çıxışınızın qarşısını almaq da daxil olmaqla, ancaq bununla məhdudlaşmadan bütün mümkün şəxsi, texnoloji, hüquqi və ya digər vasitələrdən istifadə etmək hüququnu özümüzdə saxlayırıq.

    Tətbiq olunan qanunvericiliyə uyğun olaraq, siz başa düşürsünüz və qəbul edirsiniz ki, Tinder hesabınızın silinməsi ilə bağlı məlumatları sizinlə paylaşmaya bilər, xüsusən də paylaşa biləcəyi təqdirdə başqa istifadəçilərin təhlükəsizliyinə və ya məxfiliyinə zərər verə biləcəyi halda. Hesabınız siz və ya Tinder tərəfindən hər hansı səbəbdən silinərsə, bu Qaydalar tətbiq edilməyə davam edir, sizinlə Tinder arasında hüquqi qüvvəsini saxlayır. Bu halda etdiyiniz satınalmalara görə geri ödəniş tələb etmək hüququnuz olmayacaq. Məlumatlarınız Məxfilik Siyasətimizə müvafiq şəkildə saxlanılacaq və silinəcək.

  10. 10. KEÇMİŞ MƏHKUMLUQ VƏ YA ŞƏXSİYYƏTİN YOXLANILMASI YOXDUR

    Tinder istifadəçilərinin keçmiş məhkumluğunu və ya şəxsiyyətini yoxlamır. Tinder hörmətcil istifadəçi təcrübəsini təşviq etsə də, heç bir istifadəçinin Xidmətlərdə və ya kənardakı davranışına görə məsuliyyət daşımır. Başqaları ilə qarşılıqlı əlaqədə olarkən ehtiyatlı olun və Təhlükəsizlik İpuclarımıza nəzər salın.

    SİZ ANLAYIRSINIZ Kİ, TINDER İSTİFADƏÇİLƏRİ ÜZƏRİNDƏ MƏHKUMLUĞUN OLUB-OLMAMASI VƏ YA ŞƏXSİYYƏTİN MÜƏYYƏN EDİLMƏSİ İLƏ BAĞLI YOXLAMALAR HƏYATA KEÇİRMİR VƏ YA İSTİFADƏÇİLƏRİNİN KEÇMİŞİNİ BAŞQA YOLLA ARAŞDIRMIR. TINDER İSTİFADƏÇİLƏRİNİN DAVRANIŞI, ŞƏXSİYYƏTİ, SAĞLAMLIĞI, FİZİKİ VƏZİYYƏTİ, NİYYƏTİ, QANUNAUYĞUNLUĞU VƏ YA VİCDANLILIĞI İLƏ BAĞLI HEÇ BİR TƏMİNAT VƏ YA ZƏMANƏT VERMİR. Tinder İSTƏNİLƏN VAXT İCTİMAİYYƏTƏ AÇIQ SƏNƏDLƏRDƏN İSTİFADƏ ETMƏKLƏ İSTİFADƏÇİLƏRİ İLƏ BAĞLI KEÇMİŞ MƏHKUMLUĞUN YOXLANILMASI VƏ YA DİGƏR YOXLAMALAR (MƏSƏLƏN, CİNSİ CİNAYƏTKARLARIN REYESTRİNDƏ AXTARIŞLAR) APARMAQ HÜQUQUNU ÖZÜNDƏ SAXLAYIR (VƏ SİZ Tinder-Ə BUNUNLA BAĞLI SƏLAHİYYƏT VERİRSİNİZ) VƏ SİZ TƏQDİM ETDİYİNİZ İSTƏNİLƏN MƏLUMATIN BU MƏQSƏDLƏ İSTİFADƏ EDİLƏ BİLƏCƏYİNİ QƏBUL EDİRSİNİZ. ŞİRKƏT İSTEHLAKÇILAR HAQQINDA MƏLUMATLARIN TOPLANMASI AGENTLİYİ VASİTƏSİLƏ HƏR HANSI YOXLAMA APARMAĞA QƏRAR VERƏRSƏ, BU ŞƏRTLƏR ÇƏRÇİVƏSİNDƏ UYĞUNLUĞUNUZU MÜƏYYƏN ETMƏSİ ÜÇÜN ŞİRKƏTƏ İSTEHLAKÇI HESABATINI ƏLDƏ ETMƏK VƏ İSTİFADƏ ETMƏK SƏLAHİYYƏTİ VERİRSİNİZ.

    BAŞQA İSTİFADƏÇİLƏRLƏ QARŞILIQLI ƏLAQƏNİZƏ GÖRƏ MÜSTƏSNA MƏSULİYYƏT DAŞIYIRSINIZ. BİZ, YAXUD DA CİNSİ CİNAYƏTKARLARIN İZLƏNMƏSİ VƏ DİGƏR ALƏTLƏR SİZİN GÜVƏNLİYİNİZƏ ZƏMANƏT VERMİR VƏ TƏHLÜKƏSİZLİK İPUCLARI VƏ DİGƏR AĞLABATAN TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİNƏ ƏMƏL ETMƏYİNİZİ ƏVƏZ EDƏ BİLMƏZ. YENİ İNSANLARLA ƏLAQƏ YARADARKƏN VƏ YA GÖRÜŞƏRKƏN HƏMİŞƏ EHTİYATLI DAVRANIN VƏ LAZIMİ TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ GÖRÜN. TINDER TƏRƏFİNDƏN GÖNDƏRİLMİŞ BİLDİRİŞLƏR DAXİL OLMAQLA, XİDMƏT VASİTƏSİLƏ QƏBUL EDİLƏN KOMMUNİKASİYALAR İSTİFADƏÇİLƏRİN XİDMƏTDƏN FIRILDAQÇILIQ, ZORAKILIQ, HƏDƏLƏMƏ VƏ YA BAŞQA NALAYİQ DAVRANIŞ MƏQSƏDİLƏ İSTİFADƏ ETMƏSİNƏ SƏBƏB OLA BİLƏR .

    Tinder hörmətcil istifadəçi təcrübəsini təşviq etsə də, heç bir istifadəçinin Xidmətlərdə və ya kənardakı davranışına görə məsuliyyət daşımır. Başqa istifadəçilərlə qarşılıqları əlaqələrinizdə hər zaman, xüsusilə də Xidmətlərdən kənarda əlaqə qurmaq və ya şəxsən görüşməyə qərar verdikdə ehtiyatlı olacağınızı qəbul edirsiniz.

  11. 11. MƏSULİYYƏTDƏN İMTİNA

    Tinder-in Xidmətləri "olduğu kimi" təqdim edilir və biz Xidmətlərimiz və ya Üzv Məzmunumuzun funksiyaları və ya məzmunu barədə heç bir iddia irəli sürmürük və sürə bilmərik.

    TINDER XİDMƏTLƏRİMİZİ "OLDUĞU KİMİ" VƏ "ƏLÇATAN OLDUQCA" PRİNSİPLƏRİNƏ ƏSASƏN VƏ QANUNLA İCAZƏ VERİLƏN DƏRƏCƏDƏ TƏQDİM EDİR VƏ XİDMƏTLƏRİMİZLƏ (TƏRKİBİNDƏKİ BÜTÜN MƏZMUN DAXİL OLMAQLA) BAĞLI AÇIQ, NƏZƏRDƏ TUTULAN, QANUNİ VƏ YA BAŞQA FORMADA HEÇ BİR ZƏMANƏT VERMİR. BURAYA QƏNAƏTBƏXŞ KEYFİYYƏT, BAZARA UYĞUNLUQ, MÜƏYYƏN MƏQSƏDƏ UYĞUNLUQ VƏ YA HÜQUQLARIN POZULMAMASI KİMİ ZƏMANƏTLƏR DAXİLDİR. TINDER (A) XİDMƏTLƏRİMİZİN FASİLƏSİZ, TƏHLÜKƏSİZ VƏ YA XƏTASIZ OLACAĞI, (B) XİDMƏTLƏRİMİZDƏKİ HƏR HANSI DEFEKT VƏ YA XƏTALARIN AŞKARLANIB DÜZƏLDİLƏCƏYİ VƏ YA (C) XİDMƏTLƏRİMİZDƏ VƏ YA ONLARIN VASİTƏSİLƏ ƏLDƏ ETDİYİNİZ HƏR HANSI MƏZMUN VƏ YA MƏLUMATIN DƏQİQ, TAM, AKTUAL VƏ YA MƏQSƏDLƏRİNİZƏ UYĞUN OLACAĞINI İDDİA ETMİR VƏ BUNA ZƏMANƏT VERMİR. ÜSTƏLİK, Tinder HƏR HANSI VAXTDA Aktivdir İSTİFADƏÇİLƏRİN SAYI; istifadəçilərin SİZİNLƏ ƏLAQƏ SAXLAMAQ VƏ YA GÖRÜŞMƏK QABİLİYYƏTİ VƏ YA ARZUSU, YAXUD XİDMƏTLƏRİMİZDƏ TANIŞ OLDUĞUNUZ istifadəçilərin SONDA SİZİNLƏ UYĞUNLUĞU VƏ YA DAVRANIŞI İLƏ BAĞLI HEÇ BİR ZƏMANƏT VERMİR.

    TINDER SİZ VƏ YA BAŞQA İSTİFADƏÇİ VƏ YA ÜÇÜNCÜ TƏRƏFİN XİDMƏTLƏRİMİZ VASİTƏSİLƏ PAYLAŞDIĞI, GÖNDƏRDİYİ, QƏBUL ETDİYİ VƏ/VƏ YA ONA ƏSASLANARAQ HƏRƏKƏT ETDİYİ HEÇ BİR MƏZMUNA GÖRƏ, ELƏCƏ DƏ TINDER VASİTƏSİLƏ VƏ YA TINDER-DƏN KƏNARDA ƏLAQƏ SAXLAYA BİLƏCƏYİNİZ HEÇ BİR İSTİFADƏÇİNİN ŞƏXSİYYƏTİ, NİYYƏTİ, QANUNİLİYİ, DAVRANIŞI VƏ YA DOĞRULUĞUNA GÖRƏ HEÇ BİR MƏSULİYYƏT DAŞIMIR. XİDMƏTLƏRİMİZDƏN İSTİFADƏ ETMƏKLƏ ENDİRİLƏN VƏ YA BAŞQA FORMADA ƏLDƏ EDİLƏN HƏR HANSI MATERİALA ÖZ QƏRARINIZLA ÇIXIŞ ƏLDƏ EDİRSİNİZ VƏ BUNUNLA BAĞLI RİSK SİZƏ AİDDİR.

    Tinder HƏR HANSI VİRUS, BAQ, MÜDAXİLƏ, SINDIRMA, FIRILDAQÇILIQ, XƏTA, BURAXMA, XİDMƏTLƏRİN DAYANDIRILMASI, DEFEKT, ƏMƏLİYYAT VƏ YA ÖTÜRMƏDƏ GECİKMƏ, KOMPÜTER XƏTTİ VƏ YA ŞƏBƏKƏNİN ÇÖKMƏSİ VƏ YA HƏR HANSI DİGƏR TEXNİKİ VƏ YA BAŞQA POZULMA VƏ YA NASAZLIQ DAXİL OLMAQLA, ANCAQ BUNLARLA MƏHDUDLAŞMAYARAQ, KOMPÜTER AVADANLIĞI, KOMPÜTER PROQRAM TƏMİNATI VƏ YA DİGƏR AVADANLIQ VƏ YA TEXNOLOGİYANİZA DƏYƏN ZƏRƏRƏ GÖRƏ MƏSULİYYƏT DAŞIMIR.

  12. 12. RƏQƏMSAL TEXNOLOGİYALAR DÖVRÜNDƏ MÜƏLLİFLİK HÜQUQLARI HAQQINDA QANUN

    Müəlliflik hüquqlarının pozulmasına çox ciddi yanaşırıq. Bu hallarla vaxtında və səmərəli mübarizə aparmağımız üçün bizə kömək etməyinizi xahiş edirik. 

    Tinder Rəqəmsal texnologiyalar dövründə müəlliflik hüquqları haqqında qanuna ("DMCA") əsaslanaraq müəlliflik hüququnun pozulmasına qarşı aşağıdakı siyasəti qəbul etmişdir. Üzv Məzmunu və ya Məzmunumuzun əqli mülkiyyət hüquqlarınızı pozduğunu hesab edirsinizsə, aşağıdakıları qeyd etməklə belə pozulma iddiası ilə bağlı bildiriş (DMCA Silinmə Bildirişi) təqdim edin:

    • Pozulduğu iddia olunan eksklüziv hüququn sahibinin adından çıxış etmək səlahiyyəti olan şəxsin fiziki və ya elektron imzası;

    • Müəlliflik hüquqları pozulması iddia edilən iş haqqında məlumat, yaxud bir onlayn saytda bir neçə müəlliflik hüquqları qorunan iş bir bildirişlə əhatə edildikdə həmin işlərin tam siyahısı;

    • Müəlliflik hüquqlarını pozması iddia edilən və ya hüquqların pozulması fəaliyyətinin subyekti olan və silinməli və ya çıxış imkanı bağlanmalı olan material haqqında məlumat, eləcə də xidmət təchizatçısının həmin materialı tapması üçün kifayət edəcək qədər məlumat;

    • Xidmət təchizatçısının sizinlə əlaqə saxlaması üçün kifayət edəcək qədər məlumat, məsələn, ünvan, telefon nömrəsi və (varsa) elektron poçt ünvanı;

    • Materialın barəsində şikayət edilən formada istifadəsinə müəllif hüquqlarının sahibi, onun təmsilçisi və ya qanunla icazə verilməməsini dürüstcə hesab etməyiniz barədə bəyanat; və

    • Yalan ifadə verməyə görə cəzanı qəbul etməklə bildirişdəki məlumatların dəqiq olması və sizin pozulması iddia edilən eksklüziv hüququn sahibinin adından çıxış etmək səlahiyyətiniz olduğunu bildirən ifadə.

    Bütün DMCA Silinmə Bildirişləri copyright@match.com ünvanına, telefonla 214-576-3272 nömrəsinə və ya poçtla aşağıdakı ünvana göndərilməlidir: Copyright Compliance Department c/o Tinder Legal, 8750 N. Central Expressway, Dallas, Texas 75231. Tinder müəlliflik hüquqlarını təkrar pozanların hesablarını siləcək.

  13. 13. REKLAMLAR VƏ ÜÇÜNCÜ TƏRƏF MƏZMUNU

    Xidmətlərimizdə reklamlar və üçüncü tərəf kampaniyalarını görə bilərsiniz. Tinder həmin məhsullar və ya xidmətləri dəstəkləmir və onlarla qarşılıqlı əlaqənizə görə məsuliyyət daşımır.

    Xidmətlərimizdə üçüncü tərəflərin təklif etdiyi reklamlar və kampaniyalar, eləcə də digər veb-saytlar və ya resurslara linklər ola bilər. Əlavə olaraq, Xidmətlərimiz sizə Virtual Elementlər əldə etmək üçün reklam izləmək imkanı verə bilər; Tinder belə reklamları izləmək üçün uyğun olacağınıza, eləcə də belə reklamların əlçatan olacağına zəmanət vermir. Tinder həmçinin öz məzmunu çərçivəsində qeyri-kommersiya məqsədli linklər və ya istinadlar təmin edə bilər. Tinder hər hansı xarici veb-sayt və ya resursun və ya onun məzmununun əlçatanlığına (və ya əlçatan olmamasına) görə məsuliyyət daşımır. Üstəlik, Tinder üçüncü tərəf veb-saytlar və ya resurslar vasitəsilə təklif edilən hər hansı məhsul və ya xidmətə görə məsuliyyət daşımır və onları dəstəkləmir. Xidmətlərimiz vasitəsilə əlçatan olan üçüncü tərəflərlə qarşılıqlı əlaqədə olmağa qərar versəniz, onların sizinlə münasibətinə həmin tərəfin qaydaları tətbiq ediləcək. Tinder belə üçüncü tərəflərin qaydaları və fəaliyyətinə görə məsuliyyət daşımır.

  14. 14. MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASI

    Tinder-in məsuliyyəti müvafiq qanunun icazə verdiyi məsuliyyətlə məhdudlaşır.

    TINDER-Ə BELƏ ZƏRƏRLƏRİN MÜMKÜNLÜYÜ BARƏDƏ MƏLUMAT VERİLDİKDƏ BELƏ, TINDER, ONUN ƏLAQƏLİ ŞİRKƏTLƏRİ, İŞÇİLƏRİ, LİSENZİYAÇILARI VƏ YA XİDMƏT TƏCHİZATÇILARI MÜVAFİQ QANUNUN İCAZƏ VERDİYİ MAKSİMUM DƏRƏCƏDƏ VƏ HEÇ BİR HALDA AŞAĞIDA GÖSTƏRİLƏNLƏRİN NƏTİCƏSİNDƏ YARANAN BİRBAŞA VƏ YA DOLAYI YOLLA GƏLİRLƏRİN İTİRİLMƏSİ VƏ YA HƏR HANSI MƏLUMAT, İSTİFADƏ, XOŞ MƏRAM VƏ YA DİGƏR QEYRİ-MADDİ İTKİLƏR DAXİL OLMAQLA, ANCAQ BUNLARLA MƏHDUDLAŞMADAN HƏR HANSI DOLAYI, BİLVASİTƏ, NÜMUNƏVİ, TƏSADÜFİ, XÜSUSİ, CƏZA XARAKTERLİ, SABİT VƏ YA ARTIRILMIŞ ZƏRƏRLƏRƏ GÖRƏ ÖHDƏLİK DAŞIMIR: (I) XİDMƏTLƏRİMİZƏ ÇIXIŞINIZ VƏ YA ONLARDAN İSTİFADƏNİZ, YAXUD ÇIXIŞ VƏ YA İSTİFADƏ EDƏ BİLMƏMƏYİNİZ, (II) ƏLAQƏLİ ŞİRKƏTLƏRİMİZİN XİDMƏTLƏRİNDƏ VƏ YA XİDMƏTLƏRLƏ ƏLAQƏDAR HƏR HANSI İSTİFADƏÇİ VƏ YA ÜÇÜNCÜ TƏRƏFİN DAVRANIŞI VƏ YA MƏZMUNU (YUXARIDA "ÜZV MƏZMUNU" VƏ YA "MƏZMUNUNUZ" KİMİ TƏRİF EDİLƏN HƏR HANSI MƏZMUN DAXİL OLMAQLA VƏ BUNUNLA MƏHDUDLAŞMAYARAQ), VƏ YA (III) MƏZMUNUNUZA İCAZƏSİZ ÇIXIŞ ƏLDƏ EDİLMƏSİ, MƏZMUNUNUZUN İCAZƏSİZ İSTİFADƏ EDİLMƏSİ VƏ YA DƏYİŞDİRİLMƏSİ.

    TINDER-İN XİDMƏTLƏRLƏ BAĞLI QARŞINIZDA DAŞIDIĞI ÜMUMİ ÖHDƏLİYİ MÜVAFİQ QANUNLA İCAZƏ VERİLƏN MAKSİMUM DƏRƏCƏDƏ VƏ HEÇ BİR HALDA (A) 100 ABŞ DOLLARI MƏBLƏĞİNİ VƏ YA (B) HÜQUQ, QANUN VƏ YA ƏDALƏT PRİNSİPLƏRİNƏ UYĞUN OLMASINDAN ASILI OLMAYARAQ, İSTƏNİLƏN MƏHKƏMƏDƏ TINDER ƏLEYHİNƏ MƏHKƏMƏ İŞİ, ARBİTRAJ VƏ YA HƏR HANSI DİGƏR HÜQUQİ PROSES BAŞLATDIĞINIZ TARİXDƏN SONRAKI İYİRMİ DÖRD (24) AYLIQ MÜDDƏT ƏRZİNDƏ XİDMƏTLƏRƏ GÖRƏ TINDER-Ə ÖDƏDİYİNİZ MƏBLƏĞİ (VARSA) KEÇMƏMƏLİDİR.

    BUNDAN ƏVVƏLKİ CÜMLƏDƏ ZƏRƏRƏ QOYULMUŞ MƏHDUDİYYƏT (i) MƏSULİYYƏTİN ƏSASINDAN (ÖHDƏLİKLƏRƏ RİAYƏT EDİLMƏMƏSİ, MÜQAVİLƏ, HÜQUQLARIN POZULMASI, QANUNİ VƏ YA SAİR) ASILI OLMAYARAQ, (ii) HÜQUQLAR, İMTİYAZLAR VƏ YA ÖHDƏLİKLƏRİN POZULMASININ NÖVÜNDƏN ASILI OLMAYARAQ VƏ (iii) BÜTÜN HADİSƏLƏR, XİDMƏT VƏ BU MÜQAVİLƏ İLƏ BAĞLI OLARAQ TƏTBİQ EDİLİR .

    BU 14 SAYLI BÖLMƏDƏ GÖSTƏRİLMİŞ ZƏRƏRİN MƏHDUDLAŞDIRILMASI BU MÜQAVİLƏ ÇƏRÇİVƏSİNDƏ HÜQUQİ MÜDAFİƏ MEXANİZMLƏRİNİZ ƏSAS MƏQSƏDİNƏ ÇATA BİLMƏSƏ BELƏ TƏTBİQ EDİLMƏLİDİR. BƏZİ YURİSDİKSİYALAR MÜƏYYƏN ZƏRƏRLƏRİN MƏHDUDLAŞDIRILMASINA İCAZƏ VERMİR, BUNA GÖRƏ DƏ BU BÖLMƏDƏ GÖSTƏRİLMİŞ MƏHDUDİYYƏTLƏRİN BƏZİLƏRİ VƏ YA HAMISI SİZƏ TƏTBİQ EDİLMƏYƏ BİLƏR.

  15. 15. MÜBAHİSƏLƏRİN HƏLLİ

    Hüquqi mübahisə yarandığı halda Tərəflər müvafiq qanunla qadağan edilmədikdə aşağıdakı formada davranacaqlarını qəbul edirlər.

    15a. MÜZAKİRƏLƏRİN QEYRİ-RƏSMİ HƏLLİ PROSESİ

    Xidmətlərimizdən hər hansı bir səbəbdən narazı qalsanız, zəhmət olmasa, əvvəlcə Tinder Müştəri Xidməti ilə əlaqə saxlayın, narahatlıqlarınızı əvvəlcə kənardan yardım almadan həll etməyə çalışaq. Tinder əleyhinə mübahisə, iddia və ya məhkəmə iddiası başlatmağı seçsəniz, aşağıdakı qaydalar tətbiq ediləcək. 15 saylı Bölmədə qeyd edilən Mübahisələrin Həlli Prosesi və Arbitraj Prosedurları çərçivəsində "Tinder" dedikdə bizim bütün əlaqəli şirkətlərimiz, işçilərimiz, lisenziyaçılarımız və xidmət təchizatçılarımız nəzərdə tutulur.

    Tinder sizinlə münasibətini və Mübahisələrin qeyri-rəsmi formada həllindən qaynaqlanan qarşılıqlı mənfəəti yüksək qiymətləndirir. "Mübahisə" sizinlə Tinder arasında bu Müqavilə (bu Müqavilənin iddia edilən pozulması daxil olmaqla), Xidmətimiz və ya sizinlə münasibətimizdən və ya bunlarla bağlı yaranan hər hansı mübahisə, iddia və ya məhkəmə iddiasıdır. Bu Müqavilədə istifadə edilən "Mübahisə" termini ən geniş mənanı daşıyır və özündə bu və ya bundan əvvəlki hər hansı Müqavilənin mövcudluğundan əvvəl qaldırılmış iddiaları, eləcə də bu Müqavilə müddətində və bu Müqavilə bitdikdən sonra yaranan iddiaları ehtiva edəcək (bu Müqavilə bitdikdən sonra sizinlə Tinder arasında yeni Müqavilə bağlanması halı istisnadır).

    Tinder ilə Mübahisə ("Mübahisəniz") yaranarsa, Mübahisənizi arbitraj və ya kiçik iddialar məhkəməsi vasitəsilə rəsmiləşdirməzdən əvvəl bu ünvana ətraflı bildiriş ("Bildiriş") göndərməyi qəbul edirsiniz: CT Corporation, c/o Tinder, 1209 Orange Street, City of Wilmington, County of New Castle, Delaware 19801, USA. Tinder-in sizinlə Mübahisəsi ("Tinder-in Mübahisəsi") yaranarsa, Tinder əvvəlcə bizdə olan ən son e-poçt ünvanınız, e-poçt ünvanı yoxdursa, hesabınızla bağlı digər əlaqə məlumatları vasitəsilə sizə Bildiriş göndərməyi qəbul edir.

    Bildirişinizdə bu məlumatların hamısı olmalıdır: (1) Ad, soyadınız; (2) Tinder-in hesabınızı tanımasına imkan verən məlumatlar, o cümlədən profilinizin şəkli və ya skrinşotu, hesabınızı qeydiyyatdan keçirərkən istifadə etdiyiniz ünvan, mobil telefon nömrəsi, e-poçt ünvanı və doğum tarixi (hansı varsa); və (3) Mübahisənizin ətraflı təsviri, o cümlədən iddianızın (iddialarınızın) mahiyyəti və faktiki əsası, eləcə də iddia etdiyiniz müvafiq zərərlərin (varsa) hesablanması və tələb etdiyiniz kompensasiya. Bildirişin qüvvəyə minməsi üçün bu Bildirişi şəxsən imzalamalısınız. Tinder-in Mübahisəsi də eynilə Tinder-in Mübahisəsinin ətraflı təsvirini ehtiva etməlidir, buraya iddianın (iddiaların) mahiyyəti və faktiki əsası, eləcə də iddia edilən müvafiq zərərlərin (varsa) hesablanması və tələb edilən kompensasiya daxildir.

    Siz və Tinder Mübahisənin həlli məqsədilə xoşniyyətli danışıqlar aparmağı qəbul edirsiniz. Bu xoşniyyətli danışıqlar çərçivəsində Tinder sizinlə Mübahisənizi müzakirə etmək üçün telefon konfrans zəngi tələb edə bilər, siz bu zəngdə şəxsən, vəkil tərəfindən təmsil olunduğunuz halda isə vəkilinizlə birlikdə iştirak etməyə razılaşırsınız. Siz də Tinder-in Mübahisəsini müzakirə etmək üçün telefon konfrans zəngi tələb edə bilərsiniz, Tinder isə öz növbəsində bir nümayəndənin bu zəngdə iştirak etməsinə razılıq verir. (Şübhənin aradan qaldırılması məqsədi ilə qeyd edilir ki, yuxarıda 4 saylı Bölmədə qeyd edildiyi kimi, əgər Tinder-in hesabınızı silməsi ilə bağlı Bildiriş təqdim etsəniz, bu, Tinder-in sizinlə Mübahisəsi hesab edilmir.) Bu qeyri-rəsmi proses Mübahisənin həlli ilə nəticələnməlidir.

    Bununla belə, tam doldurulmuş Bildirişin qəbul edilməsindən sonrakı 60 gün ərzində Mübahisə həll edilməzsə və Tərəflər bu mübahisələrin qeyri-rəsmi həlli prosesinin müddətini artırmaq barədə qarşılıqlı razılığa gəlməyiblərsə, siz və ya Tinder arbitraj prosesini başlada bilərsiniz (aşağıda göstərildiyi kimi, Tərəfin kiçik iddialar məhkəməsini seçməsi hüququ tətbiq edilir). Bu qeyri-rəsmi mübahisə həlli prosesinin tamamlanması arbitraj iddiası və ya kiçik iddia məhkəməsi hərəkətləri üçün əvvəlcədən tələb olunan şərtdir (məhkəmənin Cinsi Təcavüz və Qısnama hərəkətinin məcburi arbitrasiyasını sonlandırma aktının tətbiq edildiyinə qərar verdiyi hallar istisna olmaqla). Bu şərtə əməl etməmək bu Müqavilənin pozulması hesab edilir. Siz və Tinder bu mübahisələrin qeyri-rəsmi həlli prosesində iştirak edərkən iddiaların qaldırılması üçün hüquqi müddət və hər hansı iddia qaldırma haqları dayandırılacaq. Müvafiq qanunla qadağan edilmədikdə arbitraj təchizatçısı olan Milli Arbitraj və Mediasiya ("NAM") təşkilatı arbitraj tələbi ilə müraciət edən Tərəf bu mübahisələrin qeyri-rəsmi həlli prosesinin qaydalar və şərtlərinə tam əməl edilməsini yazılı formada təsdiq edənədək heç bir arbitraj tələbini qəbul etməməli və aparmamalı və hər hansı arbitrajı inzibati formada bağlamalıdır. Səlahiyyətli yurisdiksiyaya aid məhkəmənin bu maddəni tətbiq etmək, eləcə də arbitraj prosesi və ya kiçik iddialar üzrə məhkəmə prosesini müvafiq formada dayandırmaq səlahiyyəti var.

    Hər hansı tərəf, onun təmsilçiləri, işçiləri və vəkilləri tərəfindən mübahisələrin qeyri-rəsmi həlli prosesi zamanı irəli sürülmüş təkliflər, verilən sözlər, davranış və bəyanatlar məxfi xarakter daşıyır və sonrakı heç bir prosesdə (məlumatların Tərəfin NAM arbitrajı başlatmazdan əvvəl mübahisələrin qeyri-rəsmi həlli prosesinin tələblərini yerinə yetirdiyini yazılı şəkildə sübut etmək üçün tələb olunan dərəcədə paylaşılması istisna təşkil edir) heç bir məqsədlə qəbul edilə bilməz, bir şərtlə ki, əks təqdirdə qəbul və aşkar edilə bilən dəlil qəbul və aşkar edilə bilməyən dəlil hesab edilməsin.

    15b. FƏRDİ KOMPENSASİYA: KOLLEKTİV İDDİADAN VƏ MÜNSİFLƏR MƏHKƏMƏSİNDƏN İMTİNA

    QANUNLA İCAZƏ VERİLƏN MAKSİMUM DƏRƏCƏDƏ SİZ VƏ TINDER MÜNSİFLƏR MƏHKƏMƏSİ VƏ MƏHKƏMƏ YOLU İLƏ MÜBAHİSƏLƏRİN HƏLLİ HÜQUQUNDAN İMTİNA EDİB FƏRDİ ARBİTRAJI ÜSTÜN TUTURSUNUZ (MƏHKƏMƏNİN "CİNSİ TƏCAVÜZ VƏ CİNSİ QISNAMANIN MƏCBURİ ARBİTRAJININ SONLANDIRILMASI AKTININ" TƏTBİQ EDİLDİYİNƏ QƏRAR VERDİYİ HALLAR İSTİSNA TƏŞKİL EDİR). SİZ VƏ TINDER, TINDER-Ə QARŞI HAZIRDA GÖZLƏMƏDƏ OLAN İDDİALAR DAXİL OLMAQLA, DİGƏR TƏRƏFƏ QARŞI KOLLEKTİV İDDİA QALDIRMAQ VƏ YA BELƏ İDDİALARDA İŞTİRAK ETMƏK VƏ YA BAŞQA FORMADA KOLLEKTİV ƏSASDA HÜQUQİ YARDIM ALMAQ HÜQUQUNDAN İMTİNA EDİRSİNİZ. QANUNLA İCAZƏ VERİLƏN MAKSİMUM DƏRƏCƏDƏ, HEÇ BİR İDDİANIN KOLLEKTİV, NÜMAYƏNDƏLİ, BİRLƏŞDİRİLMİŞ VƏ YA XÜSUSİ BAŞ VƏKİL ƏSASINDA ARBİTRAJ EDİLMƏSİ VƏ YA MƏHKƏMƏDƏ BAXILMASI ÜÇÜN HEÇ BİR HÜQUQ VƏ YA SƏLAHİYYƏT YOXDUR.

    ARBİTRAJÇI MƏHKƏMƏDƏ ƏLÇATAN OLAN KOMPENSASİYANIN EYNİSİNƏ QƏRAR VERƏ BİLƏR, BİR ŞƏRTLƏ Kİ, ARBİTRAJÇI YEKUN KOMPENSASİYA (TƏMİNAT VƏ YA DEKLARATİV XARAKTERLİ KOMPENSASİYA DAXİL OLMAQLA) HAQQINDA QƏRARI YALNIZ KOMPENSASİYA TƏLƏB EDƏN TƏRƏFİN XEYRİNƏ VƏ YALNIZ HƏMİN TƏRƏFİN İDDİASINDA TƏLƏB OLUNAN DƏRƏCƏDƏ QƏBUL EDƏ BİLSİN. ARBİTRAJÇI YEKUN KOMPENSASİYA HAQQINDA QƏRARI SİNFİ, KOLLEKTİV VƏ YA FƏRDİ VƏKİL ÜMUMİ ƏSASDA ARBİTRAJIN TƏRƏFİ OLMAYAN HƏÇ KİMİN LEHİNƏ, ƏLEYHİNƏ VƏ YA ONUN ADINDAN VERƏ BİLMƏZ.

    MƏHKƏMƏ BU ABZASDAKI KONKRET KOMPENSASİYA İDDİASI VƏ YA TƏLƏBİ (MƏSƏLƏN, İCTİMAİ TƏMİNAT XARAKTERLİ KOMPENSASİYA) İLƏ BAĞLI MÜDDƏALARDAN HƏR HANSI BİRİNİN İCRA OLUNMASININ MÜMKÜN OLMADIĞINA QƏRAR VERƏRSƏ VƏ BU BARƏDƏ BÜTÜN APELYASİYA MÜRACİƏTLƏRİ QƏBUL EDİLƏRSƏ VƏ QƏRAR YEKUN OLARSA, SİZ VƏ TINDER RAZILAŞIRSINIZ Kİ, HƏMİN KOMPENSASİYA İDDİASI VƏ YA TƏLƏBİNƏ MƏHKƏMƏDƏ BAXILMALI, LAKİN QALDIRDIĞINIZ DİGƏR KOMPENSASİYA İDDİALARI FƏRDİ ARBİTRAJ QAYDASINDA NƏZƏRDƏN KEÇİRİLMƏLİDİR. BU MADDƏNİN İCRA OLUNMASININ MÜMKÜN OLMADIĞINA QƏRAR VERİLƏRSƏ, BU ARBİTRAJ MÜDDƏASI BÜTÖVLÜKDƏ (MÜNSİFLƏR MƏHKƏMƏSİNDƏN İMTİNA VƏ MÜBAHİSƏLƏRİN QEYRİ-RƏSMİ HƏLL PROSESİ İSTİSNA OLMAQLA) ETİBARSIZ HESAB OLUNMALIDIR. BU MÜDDƏA BU ARBİTRAJ RAZILAŞMASININ VACİB HİSSƏSİDİR.

    15c. MÜBAHİSƏLƏRİN ARBİTRAJ VƏ YA KİÇİK İDDİALAR MƏHKƏMƏSİ VASİTƏSİLƏ HƏLLİ

    Tinder Müştəri Xidmətləri tərəfindən və ya yuxarıda 15a saylı altbölmədə nəzərdə tutulmuş qeyri-rəsmi mübahisələrin həlli prosesi tərəfindən qeyri-rəsmi şəkildə həll olunmayan hər hansı Mübahisənin aşağıdakı hallar istisna olmaqla, eksklüziv olaraq MƏCBURİ FƏRDİ ARBİTRAJ vasitəsilə həll edilməsi tələb olunur:

    1. Kiçik iddialar məhkəməsinin yurisdiksiyasında olan mübahisələr: Siz və ya Tinder fərdi iddia işi üzrə iclasın kiçik iddialar məhkəməsində keçirilməsini seçə bilərsiniz. İşə kiçik iddialar məhkəməsində baxılması tələbi arbitraj başladıqdan sonra, lakin arbitrajçı təyin edilməzdən əvvəl irəli sürülübsə, belə arbitraj prosesi arbitraj təchizatçısı (məs., NAM) tərəfindən bağlanmalıdır. Kiçik iddialar məhkəməsi tərəfindən verilən heç bir qərar Tinder ilə sizdən başqa şəxslər arasında olan hər hansı məhkəmə işinə preklüziv təsir etməməlidir. Kiçik iddialar məhkəməsi Mübahisəyə baxmaq üçün hüquqi səlahiyyətinin olmadığını müəyyən edərsə, siz və Tinder bu Müqavilənin şərtlərinə əsasən Mübahisənin arbitraj qaydasında araşdırılmasına davam etməlisiniz. Əgər kiçik iddialar məhkəməsi müəyyən iddia işləri üzrə yurisdiksiya səlahiyyətini saxlayarsa, belə iddialara əvvəlcə kiçik iddialar məhkəməsində baxılmalıdır. Kiçik iddialar məhkəməsinin yurisdiksiyasında olmayan əlavə iddialar varsa, siz və Tinder bu Müqavilənin şərtlərinə əsasən qalan mübahisə iddialarının arbitraj qaydasında araşdırılmasına davam etməlisiniz.

    2. Mübahisənin kiçik iddialar məhkəməsinin yurisdiksiyasına aid olub-olmaması ilə bağlı mübahisələr: Kiçik iddialar məhkəməsinin yurisdiksiyasında olan mübahisələr barədə qərar eksklüziv olaraq həmin kiçik iddialar məhkəməsi tərəfindən qəbul edilməlidir. Kiçik iddialar məhkəməsi belə bir münaqişəni həll etməyə qadir olmadığı və ya istəmədiyi halda Mübahisənin kiçik iddialar məhkəməsinin yurisdiksiyasına aid olub-olmaması ilə bağlı fikir ayrılığı səlahiyyətli yurisdiksiyaya malik məhkəmədə həll edilə bilər. Siz və ya Tinder Mübahisənizdə kiçik iddialar məhkəməsinin seçilməsinə etirazınızı bildirsəniz və səlahiyyətli yurisdiksiyaya aid məhkəmə kiçik iddialar məhkəməsinin seçilməsinin hüquqi qüvvəyə malik olmamasına qərar verərsə, bu halda Mübahisənizlə bağlı belə seçim edilməsi bu Müqavilədən çıxarılacaq. Bununla belə, bu qərar Tinder ilə sizdən başqa şəxslərin arasındakı məhkəmə işlərində hüquqi qüvvəyə və ya preklüziv təsirə malik olmayacaq.

    3. Tələbləriniz "Cinsi Təcavüzə və Cinsi Qısnamanın Məcburi Arbitrajının Ləğvi Aktı" tərəfindən əhatə olunur: Əgər məhkəmə EFAA-nın sizin iddianızı (iddialarınızı) əhatə etdiyini müəyyən edərsə, həmin iddianı 17 saylı Bölməyə uyğun olaraq qaldıra bilərsiniz.

    4. Bəzi yurisdiksiyalarda mübahisələr: Bu Mübahisələrin Həlli Bölməsində qanunla qadağan edilən hər hansı Altbölmə müvafiq yurisdiksiyada yaşayan istifadəçilərə tətbiq edilmir, buraya 15b, 15c, 15d və 15e saylı Altbölmələr daxildir və onlar Avropa İttifaqı, Avropa İqtisadi Bölgəsi, Birləşmiş Krallıq və İsveçrədə yaşayan istifadəçilərə tətbiq edilmir. Avropa Komissiyasının mübahisələrin həlli üzrə onlayn platforması https://consumer-redress.ec.europa.eu/index_en ünvanında əlçatandır. Tinder Avropa İttifaqı, Avropa İqtisadi Bölgəsi, Birləşmiş Krallıq və İsveçrədə yaşayan istifadəçilər üçün istehlakçı arbitraj qurumu qarşısında mübahisələrin həlli prosedurlarında iştirak etmir.

    Mübahisələrin həlli bölməsinin əhatəsi və məcburiliyi, o cümlədən arbitrajın mümkünlüyü ilə bağlı məsələlər, arbitrajçı təyin olunduqdan sonra kiçik iddialara baxılması üçün edilən istənilən müraciət, habelə Tərəflərdən birinin Mübahisələrin həlli Bölməsini pozub pozmadığı və ya arbitraj hüququndan açıq və ya dolayı şəkildə imtina edib-etmədiyi ilə bağlı hər hansı mübahisə də daxil olmaqla (burada əksinə hallar nəzərdə tutulmuş hallar istisna olmaqla) bütün digər məsələlərə Arbitrajçının səlahiyyəti şamil olunur.

    Bu 15 saylı Mübahisələrin Həlli Bölməsini tətbiq etməklə bağlı hər hansı məhkəmə işi, o cümlədən arbitraj qərarını təsdiq etmək, düzəliş etmək və ya etibarsız hesab etmək üçün hər hansı prosedur 17 saylı Bölməyə müvafiq şəkildə başlanmalıdır. 15 saylı Mübahisələrin Həlli Bölməsinin hüquqi qüvvəsini hər hansı səbəbdən itirdiyi hesab edilərsə, Tinder əleyhinə hər hansı məhkəmə prosesi (kiçik iddialar məhkəməsi istisna olmaqla) yalnız Texas ştatının Dallas dairəsində yerləşən federal və ya ştat məhkəmələrində başladılmalıdır. Siz həmin məhkəmələrin belə məqsədlərlə üzərinizdə şəxsi yurisdiksiyaya malik olmasını qeyd-şərtsiz razılaşırsınız və belə məhkəmələrin ucqar yurisdiksiya hesab edilməsi ilə bağlı hər hansı iddiadan imtina edirsiniz.

    15d. FƏRDİ ARBİTRAJ VƏ KÜTLƏVİ MÜRACİƏT PROTOKOLLARI 

    Bu 15d saylı altbölmə yuxarıdakı 15a saylı altbölmədə göstərilən mübahisələrin qeyri-rəsmi həlli prosesini tam keçdikdən sonra və siz və ya Tinder tərəfindən kiçik iddialar məhkəməsi seçimi edilmədiyi halda NAM-a barəsində müraciət edilən Mübahisələrə tətbiq edilir. Siz və Tinder arasındakı hər hansı arbitraj prosesi NAM tərəfindən NAM-a arbitraj tələbi təqdim edildikdə qüvvədə olan NAM-ın qüvvədə olan Mübahisələrin Hərtərəfli Həlli Qaydaları və Prosedurları ("NAM Qaydaları") və 15 saylı Mübahisələrin Həlli Bölməsi çərçivəsində edilən dəyişikliklərə əsasən tənzimlənəcək. NAM Qaydalarının nüsxəsini əldə etmək üçün Rules, Fees & Forms - National Arbitration and Mediation səhifəsinə keçin və ya NAM-ın Milli Emal Mərkəzi (National Processing Center at 990 Stewart Avenue, 1st Floor, Garden City, NY 11530) və ya commercial@namadr.com e-poçt ünvanı ilə əlaqə saxlayın. NAM bu Müqavilə çərçivəsindəki vəzifələrini yerinə yetirmir və ya yetirə bilmirsə, bu zaman Tərəflər NAM-ı əvəz edəcək və NAM-ın bu Müqavilə çərçivəsindəki rolunu qəbul edəcək başqa administrator barədə qarşılıqlı razılığa gəlməli və arbitraj təchizatçısının qaydalarına zidd hallarda bu Müqavilənin şərtləri tətbiq edilməlidir. Tərəflər razılığa gələ bilməsə, onlar səlahiyyətli yurisdiksiyaya aid məhkəməyə müraciət edərək NAM-ı əvəz edəcək və NAM-ın bu Müqavilə çərçivəsindəki rolunu qəbul edəcək başqa administrator təyin etməsini xahiş edəcəklər və arbitraj təchizatçısının qaydalarına zidd hallarda bu Müqavilənin şərtləri tətbiq ediləcək.

    Tərəflər razılaşır ki, bu Mübahisələrin Həlli Bölməsi çərçivəsində başladılan hər hansı Arbitraj prosesinə aşağıdakı prosedurlar tətbiq ediləcək (yuxarıda göstərildiyi kimi, Tərəflərdən birinin kiçik iddialar məhkəməsini seçib-seçməməsindən asılıdır):

    1. Arbitraj prosesini başlatmaq – Arbitraj prosesini başlatmaq üçün siz və ya Tinder bu Müqavilə və NAM Qaydalarına uyğun olaraq iddianı (iddiaları) və kompensasiya sorğusunu ətraflı təsvir edən arbitraj tələbini ("Arbitraj Tələbi") NAM-a göndərməlisiniz. Arbitraj Tələbi göndərsəniz, həmin Arbitraj Tələbinin NAM-a çatdırılmasından sonrakı 7 gün ərzində onu həm də Tinder-ə bu ünvana göndərməlisiniz: CT Corporation, 1209 Orange Street, City of Wilmington, County of New Castle, Delaware 19801, USA. Tinder Arbitraj Tələbi göndərərsə, biz onu da 7 gün ərzində bizdə olan poçt ünvanınıza göndərəcəyik. Poçt ünvanınız əlçatan olmasa, onu bizdə olan e-poçt ünvanınıza, e-poçt ünvanı əlçatan olmadıqda isə hesabınızla bağlı digər əlaqə məlumatları vasitəsilə göndərəcəyik. Arbitraj təchizatçısı Tərəfin Mübahisələrin Həlli ilə bağlı bu 15 saylı Bölmənin tələblərinə tam əməl etməsini yazılı formada təsdiq edə bilmədikdə, eləcə də Tərəflərdən biri yuxarıda göstərildiyi kimi kiçik iddialar məhkəməsini seçdiyi halda heç bir arbitraj tələbini qəbul etməməli və aparmamalı və hər hansı belə arbitraj tələbini inzibati formada bağlamalıdır.

    2. Haqlar – İşin Kütləvi İddianın (aşağıda tərifi verilmişdir) hissəsi olması və ya (a) Tərəflərdən hər hansı birinin bu Müqavilənin 15 saylı Bölməsini pozması, (b) bu Müqavilə çərçivəsində xərcləri digər Tərəfin qarşılamasının tələb olunması və ya (c) müvafiq qanunvericiliyin xərcləri digər Tərəfin qarşılamasına başqa formada icazə verməsi Arbitrajçı tərəfindən müəyyən edildikdə iki Tərəfdən birinin ödədiyi haqlar və xərclərin (Arbitrajçı haqları daxil olmaqla) Arbitrajçının qərarına əsasən digər tərəfə təyin edilməsi istisna olmaqla, NAM haqlarının ödənilməsi NAM Qaydaları çərçivəsində tənzimlənməlidir. Tinder-ə maliyyə çətinliyinizin olmasını göstərdikdən sonra iddia haqqının müvafiq istehlakçı hissəsinin sizə düşən hissəsini ödəmək barədə xoşniyyətli sorğunuzu nəzərdən keçirəcəyik. Tinder istehlakçıların arbitraj xərclərinin mübahisələrin həllinə mane olmamasını təmin etmək ideyasına sadiqdir. Tinder əleyhinizə arbitraj prosesi başladarsa, NAM haqlarını biz ödəməliyik.

    3. Arbitrajçı – Arbitraj yeganə, neytral arbitrajçı ("İddia Arbitrajçısı") tərəfindən aparılmalı və NAM Qaydaları çərçivəsində təyin edilmiş Proses Arbitrajçısı ona kömək etməlidir. ("Arbitrajçı" termini həm İddia Arbitrajçısı, həm də Proses Arbitrajçısına aiddir). Tərəflərdən biri dinləməni seçərsə, Arbitrajçı yaşadığınız ərazidə və ya onun yaxınlığında fəaliyyət göstərməlidir. Arbitrajçı bu Müqavilə çərçivəsində öhdəlik daşıyır və onun tələblərinə əməl etməlidir. Bu Müqavilə ilə NAM Qaydaları arasında ziddiyyət olduğu hallarda bu Müqavilənin şərtləri daha üstün hüquqi qüvvəyə malik olacaq. Arbitrajçı bu Müqavilənin 15 saylı Bölməsinin hər hansı şərtinin (kiçik iddiaların seçilməsi istisnadır, bu zaman qərarı kiçik iddialar məhkəməsi verməlidir) hərfi şəkildə tətbiq edilməsinin mahiyyət etibarilə ədalətsiz arbitrajla ilə nəticələnəcəyini müəyyən etsə ("Ədalətsiz Qayda"), bu zaman Arbitrajçı İstifadə Qaydalarına uyğun olan mahiyyət etibarilə ədalətli arbitraja nail olmaq üçün Ədalətsiz Qaydaya lazımi dərəcədə dəyişiklik etmək səlahiyyətinə malik olmalıdır ("Dəyişdirilmiş Qayda"). Arbitrajçı Dəyişdirilmiş Qaydanın mahiyyətini müəyyən edərkən Ədalətsiz Qaydanın niyyətini ifadə etməyə ən yaxın olan qaydanı seçməlidir.

    4. Məhkəmə araşdırılması aparılmadan məhkəmə qərarının qəbul edilməsi haqqında müraciətlər – Tərəflər İddia Arbitrajçısının məhkəmə araşdırılması aparılmadan məhkəmə qərarının qəbul edilməsi haqqında müraciətləri şifahi dəlilləri dinləmədən nəzərdən keçirmək səlahiyyətinin olmasını qəbul edir. Məhkəmə araşdırılması aparılmadan məhkəmə qərarının qəbul edilməsi haqqında müraciətlər aşağıdakı hallarda tələb edilə bilər: (a) İddia Arbitrajçısı təyin edildikdən sonra növbəti 30 gün ərzində bir tərəf iddialara əsaslanaraq müvafiq müraciəti nəzərdən keçirməyi tələb edə bilər; və (b) şifahi dəlillərin dinlənməsinə ən gec 30 gün qalmış tərəflərdən biri tərəflərin ifadələrinə və təqdim edilmiş dəlillərə əsaslanaraq sadələşdirilmiş mühakimə üçün məhkəmə araşdırılması aparılmadan məhkəmə qərarının qəbul edilməsi haqqında müraciət irəli sürə bilər.

    5. Aydınlaşdırma –Hər iki Tərəf (a) digər Tərəfə ən çox beş dəfə müvafiq, məxfi olmayan sənədlər üçün sorğu göndərə; və (b) digər Tərəfdən ən azı 5 müvafiq aydınlaşdırma sorğusuna (althissələr daxil olmaqla) yazılı şəkildə cavab verməsini tələb edə bilər. Hər iki Tərəf əksi barədə razılığa gələnədək heç bir aydınlaşdırma formasından (şifahi ifadələr daxil olmaqla) istifadə edilə bilməz. Hər hansı bu cür aydınlaşdırma sorğuları arbitrajçı təyin edildikdən sonra 21 gün ərzində qarşı tərəfə təqdim edilməlidir. Cavabdeh Tərəf tələb edən Tərəfə bütün cavablayıcı, qeyri-məxfi sənədləri, aydınlaşdırma sorğularına Tərəfin özünün imzaladığı cavabları və/yaxud sorğulara hər hansı etirazı sorğuların qəbul edilməsindən sonrakı, aşkarlama sorğusuna etiraz edildikdə isə İddia Arbitrajçısı mübahisəni həll etdikdən sonrakı 30 gün ərzində təqdim etməlidir. Tərəflərdən biri İddia Arbitrajçısının məhkəmə prosedurları barədə məhkəmə qərarının məhkəmə araşdırılması aparılmadan qəbul edilməsi haqqında müraciəti nəzərdən keçirməsini tələb etsə, belə yazılı aydınlaşdırma cavabları üçün son tarixlər İddia Arbitrajçısının belə müraciətlə bağlı son qərarından sonrakı 30 günə qədər uzadılacaq. Tərəflər görüşüb danışdıqdan  sonra aydınlaşdırma və ya uzadılma tələbi ilə bağlı mübahisə barədə razılığa gələ bilməsələr, həmin mövzu dərhal həll etməsi üçün İddia Arbitrajçısına təqdim edilir. Aydınlaşdırma ilə bağlı hər hansı mövzuda qərar verərkən İddia Arbitrajçısı sözügedən arbitraj iddiasının mahiyyəti, məbləği və miqyasını, tələb edilən aydınlaşdırmanı təqdim etmək üçün lazım olan xərc və səyləri, işin vaxt cədvəlini, eləcə də iddia və ya müdafiənin adekvat şəkildə hazırlanması üçün tələb edilən aydınlaşdırmanın zəruriyyət dərəcəsini və NAM-ın səmərəli və iqtisadi həllərlə bağlı məqsədini nəzərə almalıdır. Əlavə aydınlaşdırma ilə bağlı əsaslı səbəbi müəyyən etmək məsuliyyəti təklifi irəli sürən Tərəfin üzərinə düşür.

    6. Məxfilik – Tərəflərdən hər hansı birinin tələbi ilə Arbitrajçı hər hansı tərəfin arbitraj proseduru zamanı açıqlanmış məxfi məlumatının (sənədlərlə və ya şifahi olaraq) arbitraj prosesi və arbitraj qərarını tətbiq etmək üçün prosedurlarla bağlı istifadəsi xaricində istifadə edilməməsi və ya açıqlanmamasını, habelə məxfi məlumatın məhkəməyə hər hansı icazə verilmiş formada təqdim edilməsinin möhürlü şəkildə həyata keçirilməsini tələb edən qərar çıxarmalıdır.

    7. Arbitraj Dinləməsi – Siz və Tinder-in İddia Arbitrajçısı qarşısında ədalətli dəlillərə əsaslanan dinləmə (yəni məhkəmə iclası) hüququnuz var. Arbitraj prosesləri məhkəmə iclası və digər məhkəmə prosesləri ilə müqayisədə, adətən, daha sadə, az xərc tələb edən və daha sadələşdirilmiş olur. Tərəflər bütün şifahi dinləmələrdən imtina etməyi və əvəzində bütün mübahisələrlə bağlı yazılı müraciətlər və digər dəlillər əsasında qərar verilməsi üçün İddia Arbitrajçısına müraciət etməyi qəbul edir. Cavabdeh cavab verdikdən sonrakı 10 gün ərzində Tərəflərdən birinin şifahi dinləmə tələb etməsi halı istisnadır. Şifahi dəlillərə əsaslanan dinləmə tələb edilibsə, vəkil ilə təmsil olunub-olunmamaqlarından asılı olmayaraq, hər iki Tərəf dinləmədə şəxsən iştirak etməlidir. Hər iki Tərəf dinləmədə şəxsən iştirak etməlidir. Tərəflərdən hər hansı birinin İddia Arbitrajçısı əsaslı səbəblərlə təxirə salma qərarı vermədiyi halda dinləmədə şəxsən iştirak etməməsi məhkəməyə gəlməməyə görə həmin Tərəfin əleyhinə qərar verilməsinə səbəb olacaq.

    8. Arbitraj qərarı – Arbitrajın formatından asılı olmayaraq, İddia Arbitrajçısı iclasdan sonrakı 30 gün ərzində, iclas keçirilmədikdə isə hər hansı təkzib və ya əlavə bəyanatlar tələb edildikdən sonrakı 30 gün ərzində əsaslandırılmış qərar təqdim etməlidir. Qərarda kompensasiya verildiyi halda, verilən kompensasiya aydın şəkildə göstərilməli və kompensasiyanın verilməsinin səbəbləri barədə qısa məlumat əksini tapmalıdır. Arbitraj qərarı yalnız siz və Tinder üçün hüquqi qüvvəyə malikdir və digər Tərəfin iştirak etdiyi başqa arbitraj və ya məhkəmə işlərinə preklüziv təsir göstərməyəcək. Bununla belə, İddia Arbitrajçısı digər Tərəflərin iştirak etdiyi başqa arbitrajların qərarlarını nəzərə almağı seçə bilər. Arbitrajçı NAM (Milli Arbitraj və Mediasiya) Qaydalarına müvafiq olaraq və məhkəmədə haqlar və xərclər barədə qərar verilə biləcək dərəcədə haqlar və xərclərin ödənilməsi barədə qərar verə bilər. Buraya Arbitrajçının iddia və ya müdafiənin qeyri-ciddi, qeyri-düzgün məqsədli, hədələmə məqsədli və ya pis niyyətli olmasını müəyyən etdiyi halda onun haqlar və ya xərclərin ödənilməsini tələb etməsi kimi səlahiyyətləri daxildir.

    9. Razılaşma Təklifi – Cavabdeh dəlillərə əsaslanan dinləmədən əvvəl, yaxud məhkəmə araşdırılması aparılmadan məhkəmə qərarının qəbul edilməsi haqqında müraciətin edilməsinə icazə verilirsə, belə müraciətin edilməsindən əvvəl istənilən vaxt digər Tərəfə yazılı razılaşma təklifi verə bilər, lakin bununla bağlı öhdəlik daşımır. Razılaşma təklifinin məbləği və ya şərtləri İddia Arbitrajçısı iddia ilə bağlı qərar verənədək İddia Arbitrajçısına açıqlanmaya bilər. Qərar digər Tərəfin xeyrinə verilibsə və Cavabdehin razılaşma təklifindən azdırsa və ya qərar Cavabdehin xeyrinədirsə, digər Tərəf Cavabdehin təklif verildikdən sonra çəkdiyi xərcləri, o cümlədən vəkil haqlarını ödəməlidir. Hər hansı müvafiq qanun və ya presedent hüququ arbitraj prosesində çəkilən xərclərin bölüşdürülməsini qadağan edirsə, onda bu müddəada nəzərdə tutulmuş təklif iddiaçının iddia qaldırdığı məhkəmə işi ilə bağlı xərclərin toplanmasının qarşısını almağa xidmət edəcək.

    10. Kütləvi Müraciət – Əgər nə vaxtsa, eyni və ya əlaqəli vəkil və ya qurumlar tərəfindən Tinder və ya əlaqədar tərəflərin əleyhinə Rules, Fees & Forms - National Arbitration and Mediation ünvanında əlçatan olan NAM-ın Kütləvi Müraciət üzrə Mübahisələrin Həlli Qaydaları və Prosedurlarında ("NAM-ın Kütləvi Müraciət Qaydaları") göstərilən tərifə və şərtlərə uyğun gələn 25 və ya daha çox oxşar arbitraj tələbi ("Kütləvi Müraciət") təqdim edilərsə, aşağıda göstərilən əlavə protokollar tətbiq edilir. 

      1. Siz və ya vəkiliniz yuxarıda göstərilən Kütləvi Müraciət tərifinə uyğun gələn Arbitraj Tələbi ilə müraciət etsəniz, razılaşırsınız ki, Arbitraj Tələbiniz bu Kütləvi Müraciət altbölməsində qeyd edilən əlavə protokollarla tənzimlənir. Həmçinin qəbul edirsiniz ki, Mübahisənizin mühakimə prosesi gecikə bilər və iddiaların qaldırılması üçün hər hansı müvafiq hüquqi müddət ilk işlərin baxış üçün seçilməyə başlamasından işiniz səciyyəvi məhkəmə işi kimi seçilənədək dayandırılacaq. 

      2. Mübahisəniz NAM-ın mülahizəsinə görə onun Qaydaları və Mübahisələrin Həlli Bölməsinin şərtlərinə əsasən Kütləvi Müraciətin bir hissəsi hesab edilərsə, bu zaman NAM-ın Kütləvi Müraciət Qaydaları tətbiq edilir. NAM-ın Kütləvi Müraciət Qaydaları və əlaqədar ödəniş cədvəli ilə bağlı seçim siz və ya Tinder tərəfindən edilməli və yazılı formada NAM və bütün Tərəflərə göndərilməlidir.

        Səciyyəvi məhkəmə işləri
        . Səciyyəvi məhkəmə işləri məhkəmələr və arbitraj administratorları tərəfindən eyni və ya əlaqəli tərəflərə qarşı eyni iddialarla bağlı bir neçə mübahisə olduqda təşviq edilir. Səciyyəvi məhkəmə işlərinin ilk dəsti çərçivəsində Kütləvi Müraciət iddiaçılarının (siz daxil olmaqla) hüquqi təmsilçisi və Tinder-in təmsilçisi hərəsi 15 Arbitraj Tələbi (ümumilikdə 30) seçməli və bir dəfəyə ən çox 30 arbitraj prosesi başladılmalı, emal edilməli, mühakimə edilməli və gözləmədə olmalı, 30 fərdi arbitrajdan hər birinə başqa İddia Arbitrajçısı baxmalıdır. Bu müddətdə Kütləvi Müraciətin bir hissəsi olan heç bir Arbitraj başladıla, emal, mühakimə edilə və ya gözləmədə saxlanıla bilməz. 

        İlk səciyyəvi məhkəmə işləri arbitraj edildikdən və ya başqa formada həll edildikdən sonra Tərəflər yerdə qalan Arbitraj Tələblərini həll edə bilməsələr, Tərəflər daha dörd (4) raund səciyyəvi məhkəmə işlərində iştirak edəcəklər və hər bir Tərəfin seçdiyi Arbitraj Tələblərinin sayını hər bir raundda beş (5) ədəd artıracaqlar, yəni ikinci raundda İddiaçılar və Tinder-in
        təmsilçiləri əlavə 20 Arbitraj Tələbi (cəmi 40), üçüncü raundda hər biri 25 (cəmi 50), dördüncü raundda hər biri 30 (cəmi 60), beşinci raundda isə hər biri 35 (cəmi 70) iş seçəcəklər.  Hər bir raundda arbitrajların hər birinə başqa İddia Arbitrajçısı tərəfindən baxılacaq və bu əlavə səciyyəvi məhkəmə işlərində Proses Arbitrajçısı seçim etdikdən sonra Kütləvi Müraciətin tərkib hissəsi olan başqa heç bir Arbitraj Tələbi başladıla, emal, mühakimə edilə bilməz. Səciyyəvi məhkəmə işlərinin birinci raundu bitdikdən və ikinci raund başlamazdan əvvəl hər iki tərəfin hüquqi təmsilçiləri təqaüdə çıxmış federal və ya ştat məhkəməsinin hakiminin (Tərəflər əksinə qərar verməyibsə) rəhbərliyi ilə, Tinder-in mediatorun haqlarını ödəməsi şərtilə qlobal mediasiyada iştirak edəcəklər. Səciyyəvi məhkəmə işlərinin ikinci, üçüncü, dördüncü və beşinci raundundan sonra hər iki tərəfin təmsilçiləri əlavə mediasiya barədə müzakirə etməli və qalan Arbitraj Tələblərini həll etmək üçün imkanlar axtarmalıdır, mediasiyaya isə yalnız hər iki Tərəfin təmsilçiləri razılıq verdikdən sonra başlaya bilərlər. 

        Səciyyəvi məhkəmə işlərinin beşinci raundu arbitraj edildikdən və ya başqa formada həll edildikdən sonra Tərəflər yerdə qalan Arbitraj Tələblərini həll edə bilməzsə və Tərəflər səciyyəvi məhkəmə işlərimin əlavə raundunu keçirməməyə qərar verərsə, İddiaçılar və Tinder-in təmsilçiləri NAM ilə yerdə qalan Arbitraj Tələblərinin fərdi formada həll edilməsi üçün ədalətli sistem barədə müzakirə aparmalıdırlar. Bu proses çərçivəsində bir dəfəyə baxıla biləcək fərdi arbitraj tələblərinin sayı, eləcə də hansı Arbitraj Tələblərinə baxıla biləcəyinə qərar verilməsinin metodu barədə son qərarı Prosedur Arbitrajçısı verəcək. Bu zaman İddiaçılar və Tinder-in təmsilçilərinin eyni vaxtda idarə edə biləcəyi arbitraj proseslərinin sayı, eləcə də NAM-ın nəzarət edə biləcəyi fərdi arbitrajların sayı nəzərə alınmalıdır. Səciyyəvi məhkəmə işlərinə daxil edilməyən Arbitraj Tələbi yalnız Proses Arbitrajçısı tərəfindən seçildikdən sonra başladılacaq, emal və mühakimə ediləcək. Arbitraj Tələblərinin birinci dəsti (ümumilikdə 30 Arbitraj Tələbi) həll edildikdən sonra Tərəflər istənilən vaxt Kütləvi Müraciətin tərkib hissəsi hesab edilən əlavə Arbitraj Tələbləri üçün səciyyəvi məhkəmə işlərindən imtina etmək barədə razılığa gələ bilərlər. Kütləvi Müraciətə daxil olan Arbitraj Tələblərinə görə haqlar, o cümlədən Tinder və İddiaçılar (siz daxil olmaqla) tərəfindən ödənilməli haqlar yalnız Arbitraj Tələbi səciyyəvi məhkəmə işlərinin tərkibində baxılması üçün seçildikdən sonra və ya Proses Arbitrajçısı tərəfindən səciyyəvi məhkəmə işləri başa çatdıqdan sonra baxılması üçün seçildikdən, yəni müvafiq formada başladılma, emal və mühakimə üçün seçildikdən sonra ödənilməlidir. Bu prosesdə Tərəflərin məhkəmə işlərini səmərəliləşdirmək yolları barədə, o cümlədən əvvəlcədən hazırlanmış səciyyəvi məhkəmə işləri çərçivəsində mühakimə edilən Arbitraj Tələblərinin sayını artırmaq yolları barədə görüşüb müzakirə aparması təşviq edilir. Tərəflərdən hər biri haqları azaltmaq və ya təxirə salmaq və işləri səmərəliləşdirmək barədə NAM ilə danışıqlar apara bilər. Siz Kütləvi Müraciət çərçivəsində iddiaçısınızsa, bu Müqavilənin 15a saylı altbölməsində göstərilən mübahisələrin qeyri-rəsmi həlli prosesini başlatmağınızdan başlayaraq iddiaların qaldırılması üçün hər hansı müvafiq hüquqi müddət (və ya hər hansı müvafiq digər müddət) dayandırılmalıdır. Kütləvi Müraciətdən ilkin səciyyəvi məhkəmə işləri üçün seçilən Arbitraj Tələblərinə baxış başlayıbsa, Arbitraj Tələbiniz səciyyəvi məhkəmə işlərində Tərəflərin təmsilçiləri tərəfindən seçilənədək və ya Proses Arbitrajçısı tərəfindən səciyyəvi məhkəmə işləri bitdikdən sonra seçilənədək iddialarınızın hüquqi müddəti dayandırılacaq. Bu Müqavilənin 17 saylı Bölməsində icazə verilən məkanda yerləşən səlahiyyətli yurisdiksiyaya aid məhkəmə bu altbölməni tətbiq etmək səlahiyyətinə malik olmalıdır.

      3. Siz və Tinder qəbul edirsiniz ki, hər ikimiz arbitraj və kiçik iddialar məhkəmə proseslərinin doğruluğu və səmərəliliyinə dəyər veririk və aramızdakı həqiqi və səmimi mübahisələrin ədalətli həllində bunlardan istifadə etmək istəyirik. Siz və Tinder həqiqi və səmimi Mübahisələrin ədalətli həllinə nail olmaq üçün vicdanla hərəkət edəcəyinizi qəbul edir və buna razılıq verirsiniz. Tərəflər həmçinin qəbul edir ki, bu Kütləvi Müraciət proseslərinin tətbiqi belə halların səmərəli və ədalətli həlli ilə nəticələnmək üçün nəzərdə tutulub.

    15e. GƏLƏCƏK DƏYİŞİKLİKLƏR VƏ RETROAKTİV TƏTBİQ

    Bu 15 saylı Mübahisələrin Həlli Bölməsi Tərəflər arasındakı bütün Mübahisələrə tətbiq edilir, buraya bu Müqaviləyə razılaş verməzdən əvvəl və sonra siz və ya Tinder-ə qarşı irəli sürülən iddialar daxildir. Bu Müqavilənin əksini bildirən müddəalarına baxmayaraq, bu Müqaviləyə razılıq verməzdən əvvəl siz və ya Tinder-ə qarşı irəli sürülən iddialarla bağlı bu 15 saylı Mübahisələrin Həlli Bölməsinin retroaktiv şəkildə tətbiq edilməsindən imtina etməyi seçə bilərsiniz. Bu Müqaviləyə razılıq verməyinizdən sonrakı 30 gün ərzində bizə bu ünvana yazılı bildiriş göndərməklə imtina edə bilərsiniz: tinderoptout@match.com. Zəhmət olmasa, tinderoptout@match.com ünvanına müştəri xidmətləri ilə bağlı müraciətlərinizi göndərməyin, onlara baxılmayacaq; belə müraciətlər müştəri dəstəyinə ünvanlanmalıdır. Hesabınızı (hesablarınızı) eyniləşdirmək üçün kifayət edəcək qədər məlumat qeyd etməlisiniz, məsələn, hesabınızla (hesablarınızla) bağlı olan e-poçt ünvanı və telefon nömrəsi, eləcə də bu 15 saylı Mübahisələrin Həlli Bölməsindən imtina etməyinizi ifadə edən bəyanat qeyd edilməlidir. Qeyd: Bu 15 saylı Mübahisələrin Həlli Bölməsindən imtina etsəniz, bundan əvvəl razılaşdığınız hər hansı Mübahisələrin Həlli Bölməsi və Arbitraj Prosedurları sizə tətbiq ediləcək və onlara tabe olacaqsınız, buraya hər hansı arbitraj müddəaları, kollektiv iddialardan imtina və retroaktiv tətbiqlə bağlı bölmələr daxildir. Əlavə olaraq, bu dəyişikliklərin retroaktiv tətbiq edilməsindən imtina edib-etməməyinizdən asılı olmayaraq, Tərəflər bu Müqaviləyə razılıq verməyinizdən sonra siz və ya Tinder-ə qarşı irəli sürülən iddiaları bu Mübahisələrin Həlli Bölməsinə əsasən həll edəcək.

  16. 16. TƏTBİQ EDİLƏN QANUNLAR

    Hər hansı Mübahisəyə (qanunla icazə verilmədiyi hallar istisnadır) Texas qanunvericiliyi və Federal Arbitraj Aktı tətbiq ediləcək. 

    Siz Tinder-in əsas iş yerini Dallas, Texasda saxladığını başa düşür və qəbul edirsiniz. Siz razılaşırsınız ki, Xidmətlər, Müqavilələr, eləcə də bu Müqavilədən və ya Xidmətlərimizdən yaranan və ya onlarla əlaqədar olan hər hansı Mübahisələr daxil olmaqla bütün Mübahisələr başqa heç bir ştatda və ya dairədə yox, yalnız Texas ştatının Dallas dairəsində yaranmış hesab olunur və Texas qanunları və Federal Arbitraj Aktı istənilən Mübahisəyə şamil olunacaq (bunun qanunla qadağan olunduğu hallar istisna olmaqla). Müqavilə və ya Xidmətlərimizdən və ya onlarla bağlı yaranan hər hansı mübahisəyə qanunların ziddiyyəti qaydalarından asılı olmayaraq ABŞ-nin Texas ştatının qanunları tətbiq ediləcək və 15 saylı Bölmədə təsvir edilən Mübahisələrin Həlli Prosesi Federal Arbitraj Aktı ilə tənzimlənəcək. Hər iki tərəf qəbul edir ki, bu hüquq seçimi haqqında razılaşma məcburidir və məhkəmənin hüquq ziddiyyəti analizi aparmasını tələb etmək hüququndan imtina edir. Avropa İttifaqı və Avropa İqtisadi Bölgəsində Texas qanunları yalnız məcburi istehlakçıların qorunması qanunu belə qanuni müddəaların seçimini açıq şəkildə qadağa etdiyi halda tətbiq edilməyəcək.

  17. 17. MEKAN/QEYDİYYAT YERİNİN SEÇİLMƏSİ

    Qanunla maksimum icazə verilən həddə hər hansı səbəbdən arbitraj edilməyən iddialara Dallas əyalətində (Texas) məhkəmə prosesində baxılmalıdır (kiçik iddialar məhkəməsində açılmış iddialar, yaxud Avropa İttifaqında, Avropa İqtisadi Bölgəsində, Birləşmiş Krallıqda, İsveçrədə və ya qanunla qadağan edilmiş başqa yurisdiksiyada olan istifadəçilərin iddiaları istisnadır). 

    Except where prohibited by law, including for users residing in the EU, EEA, UK or Switzerland, who may bring claims in their country of residence in accordance with applicable law, and except for claims that are heard in a small claims court as set forth in Section 15, any claims arising out of or relating to this Agreement (including any challenges to the class action waiver provision in subsection 15b), to our Services, or to your relationship with Tinder that for whatever reason are not required to be arbitrated or filed in small claims court, will be litigated exclusively in the federal or state courts located in Dallas County, Texas, U.S.A. You and Tinder consent to the exercise of personal jurisdiction of courts in the State of Texas and waive any claim that such courts constitute an inconvenient forum.

  18. 18. SİZ TƏRƏFDƏN KOMPENSASİYA

    Hərəkətinizə görə Tinder-ə qarşı iddia qaldırıldığı halda Tinder-ə kompensasiya ödəməyə razılıq verirsiniz. 

    Xidmətlərimizdən istifadə etməyiniz, Məzmununuz, başqa istifadəçilərlə davranışınız və ya bu Müqaviləni pozmağınız səbəbilə, nəticəsində və ya başqa formada əlaqədar şəkildə yaranan bütün növ şikayətlər, tələblər, iddialar, zərərlər, itkilər və xərclər, o cümlədən vəkil haqları ilə bağlı Tinder, əlaqəli şirkətlərimiz, eləcə də onların müvafiq məsul şəxsləri, direktorları, təmsilçiləri və işçilərinə müvafiq qanunla icazə verilən dərəcədə kompensasiya ödəyəcək, onları müdafiə edəcək və məsuliyyətdən azad edəcəyinizi qəbul edirsiniz. BƏZİ YURİSDİKSİYALAR KOMPENSASİYAYA İCAZƏ VERMİR, ODUR Kİ, BU BÖLMƏNİN BİR HİSSƏSİ VƏ YA HAMISI SİZƏ TƏTBİQ EDİLMƏYƏ BİLƏR.

  19. 19. ŞƏRTLƏRİN QƏBULU

    Xidmətlərimizdən istifadə etməklə bu Razılaşmanın şərtlərini qəbul etmiş olursunuz. 

    Xidmətlərimizdən, istər mobil cihaz, istər mobil tətbiq, istərsə də kompüter vasitəsilə istifadə etməklə, siz (i) zaman-zaman dəyişdirə biləcəyimiz bu Şərtlərə, (ii) Məxfilik Siyasətimizə, Kuki Siyasətimizə, İcma QaydalarınaTəhlükəsizlik Məsləhətlərinə və (iii) Satınalma Zamanı Əlavə Şərtlərə əməl etməyə razılıq verirsiniz. Əgər bu Razılaşmaya aid bütün qaydalara əməl etməyə razılıq vermirsinizsə, bizin xidmətlərimizdən istifadə etmək hüququnuz olmayacaq. Bütün əvəzliklərin və onların variantlarının qurum və ya şəxsi ifadə edən müvafiq vəziyyətə uyğun olaraq kişi, qadın, neytral, tək və ya cəm mənanı verməsi hesab ediləcək.

  20. 20. BÜTÖV MÜQAVİLƏ

    Bu Müqavilə hər hansı əvvəlki müqavilələri və bəyanatları əvəz edir. 

    Bu Qaydalar Məxfilik Siyasəti, Kuki Siyasəti, İcma Qaydaları, Təhlükəsizlik İpucları və hər hansı Satınalma Zamanı Əlavə Qaydalar ilə birlikdə sizinlə Tinder arasında Xidmətlərimizdən istifadə ilə bağlı müqaviləni bütövlükdə ehtiva edir. Qaydalar aramızdakı bütün əvvəlki şifahi və ya yazılı müqavilələri, bəyanatları və razılıqları əvəz edir. Bu Qaydaların hər hansı müddəası etibarsız, qanunsuz olarsa və ya başqa formada hüquqi qüvvəsini itirərsə, bu Qaydaların qalan hissəsi tam şəkildə qüvvədə və etibarlı qalacaq. Şirkətin bu Qaydalar çərçivəsindəki hər hansı hüquq və ya müddəadan istifadə etməməsi və ya onu tətbiq etməməsi bu hüquq və müddəalardan imtina etməsi hesab edilməməlidir. Tinder hesabının ötürülməsinin mümkün olmadığını və hesabınız və onun məzmunu ilə bağlı bütün hüquqlarınızın siz öldükdən sonra (qanunla başqa hal nəzərdə tutulmayıbsa) ləğv ediləcəyini qəbul edirsiniz. Burada sizə verilən hüquqlar və lisenziyalar tərəfinizdən ötürülə və ya başqasına təyin edilə bilməz, ancaq biz bunu məhdudiyyət olmadan həyata keçirə bilərik. Bu Qaydalar nəticəsində heç bir təmsilçilik, tərəfdaşlıq, birgə müəssisə, fidusiar və ya başqa xüsusi münasibət və ya məşğulluq yaranmır və Tinder-in adından və ya Tinder-ə hər hansı formada tətbiq edilən heç bir bəyanat verə bilməzsiniz.

  21. 21. XÜSUSİ ŞTAT ŞƏRTLƏRİ

    Arizona, Kaliforniya, Kolorado, Konnektikut, İllinoys, Ayova, Minnesota, Nyu-York, Şimali Karolina, Ohayo, Rod-Aylend və Viskonsində xüsusi qaydalar tətbiq edilir.

    • Nyu-Yorkda yaşayan abunəçilər üçün:

      • Xidmətlər hər hansı sayda "yönləndirmələrə" zəmanət vermir - əvəzində Xidmətlərin funksionalı abunəçinin istədiyi qədər profilə baxmasına imkan verir;

      • Abunəçilər bu ünvana yazılı bildiriş göndərməklə abunəliklərini bir ilədək dondura bilərlər: Tinder Legal, P.O. Box 25472, Dallas, Texas 75225, USA;

      • Məlumatlarınızdan necə istifadə edilməsi və məlumatlarınıza necə çıxış əldə edə biləcəyiniz 5 saylı Bölmədə və Məxfilik Siyasətimizdə qeyd edilib;

      • Siz Nyu-York Tanışlıq Xidməti İstehlakçılarının Hüquqlarının Bəyannaməsinə nəzər sala bilərsiniz.

    • Şimali Karolinada yaşayan abunəçilər üçün: Siz Şimali Karolina üzrə Alıcı Hüquqları sənədinə nəzər sala bilərsiniz.

    • İllinoys, Nyu-York, Şimali Karolina və Ohayoda yaşayan abunəçilər üçün: Xidmətlərimiz Amerika Birləşmiş Ştatlarında geniş şəkildə əlçatandır - Xidmətlərimizi təqdim etdiyimiz Məkandan kənara köçdüyünüzü düşünürsünüzsə, bizimlə bu ünvana məktub yazaraq əlaqə saxlayın: Box 25472, Dallas, Texas 75225, USA, Biz alternativ xidmətlər təqdim etmək və ya ödənişi geri qaytarmaq üçün sizə kömək edəcəyik.

    • Arizona, Kaliforniya, Kolorado, Konnektikut, İllinoys, Ayova, Minnesota, Nyu-York, Şimali Karolina, Ohayo, Rod-Aylend və Viskonsində yaşayan abunəçilər üçün:

      • Ləğv Etmək Hüququnuz: Abunəliyinizi heç bir cərimə və ya öhdəlik olmadan, abunə olduğunuz gündən sonrakı üçüncü iş gününün gecə yarısınadək istənilən vaxt ləğv edə bilərsiniz.

      • Abunəlik müddətinizin bitməsindən əvvəl vəfat etdiyiniz halda ailənizin etdiyiniz ödənişin ölümünüzdən sonrakı müddətə aid edilə biləcək hissəsi üçün geri ödəniş almaq hüququ var.

      • Abunəlik müddətinizin bitməsindən əvvəl əlil olsanız (Xidmətlərimizdən istifadə edə bilməyəcək formada), yuxarıda 8 saylı bölmədə göstərilən geri ödəniş sorğusunda olduğu kimi Şirkətə bildiriş göndərməklə etdiyiniz ödənişin əlilliyinizdən sonrakı müddətə aid edilə biləcək hissəsi üçün geri ödəniş almaq hüququnuz var.

    • Koloradoda yaşayan istifadəçilər üçün: Təhlükəsizlik qaydalarımızla daha ətraflı tanış olmaq və yerli resurslara baxmaq üçün buraya klikləyin.

22.

22. SPECIAL COUNTRY TERMS

Special terms apply in Denmark and the United Kingdom.

For subscribers residing in Denmark and the United Kingdom:

If you wish to exercise your right of cancellation, you may complete and send the below standard form of cancellation. NOTE: if you purchased your subscription through Apple, the termination or cancellation must be sent to Apple.

Exception to the right of cancellation: You cannot cancel an order that includes a delivery of digital content that is not delivered on a physical medium if order processing has begun with your express, prior consent and acknowledgment that you thereby waive your right of cancellation. This applies, for example, to the purchase of Virtual Items. This means that these types of purchases are FINAL AND NON-EXCHANGEABLE OR REFUNDABLE.

Cancellation Form To MTCH Technology Services Limited, Tinder, Attn: Cancellations, MTCH Technology Services Limited, 1 Hatch Street Upper, Dublin 2, Ireland D02PY28, email: legaldept@match.com.

I hereby declare that I wish to exercise my right of withdrawal in connection with my purchase agreement for the provision of the following services:

  • Order number:

  • Order date:

  • Customer's name:

  • Customer's address:

  • Customer's email address:

  • The customer's phone number:

  • Date:

For users residing in the United Kingdom:

If you believe we have taken action against your content or account in a way that does not comply with these Terms, you have the right to bring a claim for breach of contract under UK law. We encourage you to first submit an appeal, as this may lead to a faster and more efficient resolution.

Sualın var? Hər kəsin ən az bir sualı olur.

TVS-lərə baş çək

Kifayət qədər oxudun. Kəşf etməyə başla.

Tinder-i endir

Kifayət qədər oxudun. Kəşf etməyə başla.

Tinder-i endir