Tez-tez Verilən Suallar
Sual verin
Cavab verək
Profil və Uyğunlaşmalar
Tinder-də necə bir foto istifadə etməliyəm?
Tamamilə sizi əks etdirən bir foto. Təxminlərə əsaslanan qrup şəkilləri, üzünüzün yarısını gizlədən gün eynəkləri ilə çəkilmiş şəkillər, 2019 və ya daha köhnə illərdən qalmış bulanıq şəkillər olmasın. Mərkəzdə olduğunuz, üzünüzün düz baxdığı, gülümsədiyiniz fotolar — daha yaxşıdır. Bunun nələrə səbəb olacağı sizi belə təəccübləndirəcək.
Bioqrafiyamda nə yazmalıyam?
Həqiqətə uyğun hər şey. Maraqlarınız, axtarışınız və yalnız doğru insanın anlayacağı məlumatlar. İstər səthi yazın, istər dərinə gedin — ikisi də işə yarayır. Sadəcə özünüz olun. Nələri əhatə edə biləcəyinizə dair məlumat üçün İcma qaydalarımıza baxın.
Biri ilə uyğunlaşmadan necə çıxa bilərəm?
Təhlükəsizlik alətlərini açıb uyğunlaşmadan çıxmaq üçün onun profilindəki və ya çatlaşmadakı mavi qalxana toxunun. Hazırdır. Şərhə və ya hisslərinizi izah etməyə ehtiyacınız yoxdur.
Tinder istifadəçiləri necə uyğunlaşır?
İki insan bir-birinin fotolarını sağa sürüşdürərək seçim etdikdə bu uyğunlaşmadır. Bu qədər sadə.
Bundan sonra olacaqlar isə tamamilə sizdən asılıdır.
Tinder-də "Bir uyğunlaşmanı qaçırdım" bildirişi nə deməkdir?
Bu o deməkdir ki, kimsə sizi bəyənib və bunu bilmədən əvvəl profili sola ötürmüsünüz. Olan işdir.
Tinder Plus abunəsisinizsə, geriyə qaytarma xüsusiyyətindən istifadə edib onu yenidən görə bilərsiniz.
Tinder-dən istifadə qaydası
Tinder pulsuzdur?
Bəli. Onu App Store və ya Google Play vasitəsilə pulsuz endirin və ya tinder.com saytını açaraq istifadə edin. Əsas funksiyaların hamısı (profil yaratmaq, insanları bəyənmək, uyğunlaşmaq) tam pulsuzdur. Daha çox xüsusiyyətdən istifadə etmək istəsəniz, premium səviyyələrimiz də mövcuddur.
Tinder necə istifadə olunur?
Seçimlərinizi (cins, məsafə, oriyentasiya) təyin edin, Tinder, yaxınlığınızda yaşayan və bu xüsusiyyətlərə uyğun gələn insanları sizə göstərmək üçün məkan əsaslı texnologiyadan istifadə edir. Bəyənmək üçün ekranı sağa, ötürmək üçün isə sola sürüşdürün. Sizi bəyənən biri ilə uyğunlaşın və söhbətə başlayın.
Tinder profilləri realdırmı?
Bu məsələyə ciddi yanaşırıq. Foto yoxlama üzvlərin fotolarına bənzədiklərini təsdiqləməyə imkan verir və təsdiqlənmiş profillər mavi işarə ilə göstərilir. Bu prosedurdan keçməyinizi qəti şəkildə tövsiyə edirik. Bu işarə pofilinizdə yaxşı görünür və icmanın təhlükəsizliyinə kömək edir.
Tinder-dən noutbukda istifadə etmək olarmı?
Bəli. Tam masaüstü təcrübəsi üçün tinder.com saytına keçib hesabınıza daxil olun. Əksər funksiyalar orada əlçatandır.
Tinder mənim ölkəmdə aktivdirmi?
Tinder dünyanın 190-dan çox ölkəsində əlçatandır. App Store və ya Google Play Store-a girişiniz varsa, Tinder-i endirib harada olmağınızdan asılı olmayaraq insanlarla tanış olmağa başlaya bilərsiniz. Passport funksiyası isə hətta getməzdən əvvəl istənilən yerdə insanlarla uyğunlaşmağınıza imkan verir. Beləliklə, istər səyahət edin, istərsə də sadəcə maraqlanın, hər şeylə təmin olunursunuz.
Tinder təhlükəsizdir?
Tinder təhlükəsizliyə ciddi yanaşır. Foto yoxlaması üzvlərin fotolarına uyğunluğunu təsdiqləyir — yoxlanılmış profillər mavi işarə ilə görünür. Təhlükəsizlik alətləri hər uyğunlaşmada və söhbətdə mövcuddur, istənilən vaxt bloklamaq, şikayət etmək və uyğunlaşmadan çıxmaq üçün bir toxunuşla giriş imkanı təmin edir. "Görüşümü paylaş" funksiyası görüşə getməzdən əvvəl görüş təfərrüatlarını və görüş məkanını etibar etdiyiniz şəxsə göndərməyə imkan verir. Kimlik yoxlaması, danışdığınız şəxsin özünü təqdim etdiyi kimi olduğuna dair əlavə etimad yaradır. Hissləriniz sizə bir şeyin yanlış olduğunu göstərdikdə, kömək sizə bir toxunuş qədər yaxındır. Daha ətraflı məlumat üçün Təhlükəsizliklə bağlı məsləhətlər səhifəmizə daxil olun.
Tinder hesabımı necə silə bilərəm?
Tinder hesabınızı istənilən vaxt tətbiqin parametrlərindən silə bilərsiniz. Parametrlərə keçin, ekranı aşağıya sürüşdürün və "Hesabı sil" seçimini edin. Nəzərə alın ki, hesab silmə əməliyyatı daimidir, bu zaman uyğunlaşmalarınız, mesajlarınız və profiliniz də silinəcək. Sadəcə fasilə verməyə ehtiyacınız varsa, bütün bunları itirmək əvəzinə, sadəcə profilinizi gizlədə bilərsiniz. Addım-addım kömək üçün Dəstək səhifəmizə daxil olun.
Xüsusiyyətlər və Abunəliklər
Tinder Plus / Gold / Platinum nədir?
Tinder, kilidini açmaq istədiyiniz xüsusiyyətlərdən asılı olaraq üç abunəlik səviyyəsi təklif edir. Tinder Plus limitsiz bəyənmə, limitsiz geri qaytarma, Passport, reklamsız istifadə və Görünməzlik rejimi kimi xüsusiyyətlər təqdim edir. Tinder Gold Plus abunəliyində olan hər şeyi, eləcə də "Səni Bəyənir" "Top Seçilmişlər", həftəlik "Super Bəyənmələr" və aylıq Boost xüsusiyyətləri əlavə edir.
Tinder Platinum isə Gold abunəliyində olanlarla birgə, uyğunlaşmadan əvvəl mesaj göndərmək imkanı, prioritet bəyənmələr və bəyənmə göndərdiklərinizin profilinizi görməsi kimi üstünlükləri əhatə edir. Bütün abunəliklər aylıqdır və tətbiq parametrləri vasitəsilə idarə oluna bilər. Tam məlumatı Abunəliklər səhifəmizdə görə bilərsiniz.
Boost necə istifadə olunur?
Boost sizi 30 dəqiqəliyinə öz ərazinizdə ən populyar profillər siyahısının başında göstərir və 10 qat artıq diqqət çəkməyinizi təmin edir. İstifadə etmək istəsəniz bənövşəyi şimşək işarəsini tapın.
Tinder Gold nələr təqdim edir?
"Səni bəyənəni gör", limitsiz bəyənmələr, "geriyə qaytarma", "Passport" həftəlik "Super Bəyənmələr", aylıq 1 Boost və reklamsız təcrübə. Uyğunlaşmalarına sözün əsl mənasında nəzarət etmək üçün ehtiyacın olan hər şeyi.
Tinder-də Super Bəyənmələrə haradan baxa bilərəm?
Profildə mavi ulduzu tapın. Bu, Super Bəyənmədir. Sizə Super Bəyənmə göndərənlərin hamısını təxmin oyununa vaxt itirmədən görmək istərdinizmi? Gold abunəliyi bunu təmin edir.
Ən yaxşı Tinder abunəçiliyi hansıdır?
Nə axtardığınızdan asılıdır! Plus sizə sərbəstlik verir: limitsiz bəyənmələr, geriyə qaytarma, passport, reklamsız istifadə üstünlükləri. Gold artıq sizi bəyənənləri görmək imkanı əlavə edir. Platinum isə prioritet bəyənmələrlə sizi ən önə keçirir və uyğunlaşmadan əvvəl mesaj göndərmək imkanı verir. Olduğunuz yerdən başlayın və oradan davam edin.
Mənə kim Super Bəyənmə göndərdi?
Bunu köhnə üsulla öyrənmək istəyirsinizsə, ekranı sürüşdürməyə davam edin və mavi ulduzu axtarın. Birbaşa bilmək istəyirsinizsə, Gold sizi bəyənən hər kəsi göstərir,
buraya Super Bəyənmələr də daxildir.
Görüş və Münasibətlər
Tinder mənim toyuma sponsorluq edəcəkmi?
Bunu hər zaman etmişik və yenə etmək arzusundayıq.
tinderstories@gotinder.com e-poçtuna mesaj göndərin. Daxil ol, hekayəni bizimlə paylaş və çəkinmə.
Tinder-də tanışlıq mümkündürmü?
55 milyard uyğunlaşma bunu təsdiq edir. Biz fərqlənməyinizə və münasibət yaratmağınıza kömək edən funksiyalar tərtib etmişik. Qalanı isə sizdən asılıdır.
Tinder-də sevgili olmaq mümkündürmü?
Bu yolda hər şey baş verə bilər. Bunu sübut edən nikah andlarımız var.