Yoxlama xüsusiyyətləri
Münasibət yaradarkən arxayın olun
Foto yoxlama və Üz yoxlaması¹ kimi yoxlama xüsusiyyətləri profilin arxasındakı şəxsin real olduğu ilə bağlı özünüzü arxayın hiss etməyinizə kömək edir.
Tinder-də təhlükəsizlik
Yeni insanlarla tanış olmaq tərəddüdlü deyil, həyəcanlı olmalıdır. Tinder-də və ya onun xaricində nəzarəti əlində saxlamağa kömək edəcək alətlər və resurslar tap.
Çünki özünü göstərməkdən çəkinmədiyin zaman ehtimallar da sonsuz olur.
Hər addımda qayğınıza qalırıq.
Üz yoxlaması¹, Foto yoxlama, "Görüşümü paylaş", blokla, uyğunlaşmadan çıx və şikayət et — hamısı əlinizin altındadır. Hər addımda nəzarəti öz əlinizdə saxlamağınıza kömək etmək üçün yaradılıb.
Yoxlama xüsusiyyətləri
Münasibət yaradarkən arxayın olun
Foto yoxlama və Üz yoxlaması¹ kimi yoxlama xüsusiyyətləri profilin arxasındakı şəxsin real olduğu ilə bağlı özünüzü arxayın hiss etməyinizə kömək edir.
Hörmət
Hörmət çərçivəsində çatlaşın.
"Əminsən?" və "Səni narahat edir?" kimi təhlükəsiz çatlaşma funksiyaları aranızdakı qığılcımı hiss etməyiniz üçün söhbətlərin hörmət çərçivəsində qalmasına kömək edir.
Nəzarət
Nəzarəti əldə saxlayın.
Əmin deyilssiniz? Sərhəddi keçən hər kəsi bloklayın, uyğunlaşmadan çıxın və şikayət edin.
Dəstək
Təhlükəsiz şəkildə görüş.
Real həyatda görüşməzdən əvvəl "Görüşümü paylaş" funksiyasından Təhlükəsizlik tövsiyələrinə qədər bir çox köməkçiniz var.
Onu daha yaxından tanımaq üçün tətbiqdə çatlaşın. Nömrənizi, sosial media hesablarınızı və digər şəxsi məlumatları sadəcə hisslərinizdən əmin olduqdan sonra paylaşın.
İlk görüş üçün ətrafda insanların olduğu bir məkan seçin. Bu bir kafe, bar və ya park ola bilər.
"Görüşümü paylaş" xüsusiyyətindən istifadə et və kimlə görüşəcəyini, hara və nə zaman gedəcəyini dostuna bildir.
Ehtiyacın olduğu zaman zəng edə, mesaj yaza, xəritə paylaşa və ya xəbər verə biləcəyindən əmin ol.
Oraya gediş və geri dönüş yolunu özün bildiyin kimi planlaşdır ki, istədiyin zaman oradan çıxa biləsən.
Biri ilə bağlı narahat hiss edirsənsə, hisslərini dinlə. İstədiyin vaxt oranı tərk edə, onu bloklaya, uyğunlaşmadan çıxa və ya şikayət edə bilərsən.
Söhbətlərin daha təhlükəsiz olmasına kömək etmək üçün texnologiya və insan moderatoru birləşməsindən istifadə edirik. Qərəzli niyyəti olan istifadəçilər hər zaman şəxsi mesajlaşmaya və ya digər bir tətbiqə keçməyə tələsirlər — bu da diqqət etməli olduğun bir əlamətdir.
Profilinə cinsi oriyentasiyanı əlavə etmisənsə, bunun təhlükəli ola biləcəyi müəyyən bölgələrdə həmin məlumatı avtomatik gizlədirik. Sən o bölgəni tərk etdikdən sonra isə profilində həmin məlumatı yenidən göstəririk.
Tinder ilə başlayan hər təcrübə bitənə qədər razılıq əsasında davam etməlidir. Şübhəyə qapıldığın istənilən vəziyyətdə hisslərinə güvən.
Tinder anlamlı münasibətlərin qurulduğu bir mühitdir.
Hər kəs özünü evindəki kimi hiss etdikdə icmamız çiçəklənir. Buna görə də İcma qaydalarına ciddi yanaşırıq.
Yanlış bir şey görürsən? Şikayət et.
Hər bir şikayət Tinder-i hamı üçün təhlükəsiz saxlamağımıza kömək edir.
İcma qaydalarımızı oxuUyğunlaşdığın andan görüşünə qədər hər zaman güvəndə hiss etməyinə və daim dəstəklənməyinə kömək etmək üçün buradayıq.
1. Üz yoxlaması seçilmiş bazarlarda aktivdir və tələblər məkandan asılı olaraq dəyişə bilər.