Tez-tez Verilən Suallar

Əgər bizi daha yaxşı tanımağa çalışırsınızsa, doğru yerə gəlmisiniz. Buradan bir baxışda Tinder-i öyrənəcəksiniz.

İndi qoşul

Profilin və Uyğunlaşmalar Haqqında Hər Şey

Hansı Tinder® şəklindən istifadə etməliyəm?

Hər kəsin görməyə gəldiyi bir Tinder® profil şəkli yükləyin: yəni öz şəklinizi! Dostlarla olan şəkilləri seçməyin, çünki profiliniz yalnız sizə aiddir və üzünüzü gizlətdiyi üçün gün eynəkləri taxdığınız şəkilləri yükləməyin. Ən yaxşı şəkil diqqət mərkəzində gülümsəyən bir "Sən"in olduğu şəkildir.

Bioqrafiyamda nə yazmalıyam?

Bioqrafiyanız sizin kim olduğunuz haqqında qısa bir görüntüdür. Yazmaq sizlik deyilsə, xoşunuza gələn və istədiyiniz şeyləri sadalaya da bilərsiniz. Özünüzü rahat hiss edin, hobbilərinizdən bəhs edə və ya daha da dərinə gedərək qarşılıqlı bir bəyənmədən nə gözlədiyiniz haqqında danışa bilərsiniz. Bioqrafiyanıza nələri daxil etməməli olduğunuz haqqında məlumat üçün İcma Qaydalarımıza nəzər salın.

Biri ilə uyğunlaşmadan necə çıxa bilərəm?

Əgər Bəyəndiyiniz biri haqqında fikrinizi dəyişmisinizsə—problem yoxdur. İstənilən vaxt, istənilən şəxslə uyğunlaşmadan çıxa bilərsiniz. Təhlükəsizlik Alətləri dəstinə keçmək və uyğunlaşmadan çıxmaq üçün, uyğunlaşdığınız istifadəçinin profilində, yaxud da söhbət qutusunda mavi rəngli işarəyə klikləyin.

Tinder® istifadəçiləri necə uyğunlaşır?

Uyğunlaşma zamanı hər iki istifadəçi də bir-birini Bəyənmək üçün Swipe Right® funksiyasından istifadə edir.

Tinder® bir uyğunlaşma fürsətini qaçırdığımı xəbər verərkən nə demək istəyir?

Uyğunlaşma fürsətini qaçırdığınızı xəbər verərkən, sizi Bəyənən bir istifadəçi üçün Swipe Left™ funksiyasından istifadə etdiyinizi nəzərdə tuturuq.

Tinder® gedişatı haqqında ətraflı

Tinder® pulsuzdur?

Tinder® App StoreGoogle Play Storedan pulsuz endirilə, yaxud da Web-də Tinder istifadəsi üçün https://tinder.com saytı ziyarət edilə bilər. Əsas xüsusiyyətlər bir profil yaratmanıza imkan verir, birini Bəyənmək üçün Swipe Right®, ötürmək üçün Swipe Left™ funksiyalarından istifadə edə bilərsiniz.

Tinder® necə işləyir?

Tinder® sizi, məkan əsaslı texnologiyadan istifadə edərək və təyin etdiyiniz cins, məsafə və orientasiya filtirlərinə müvafiq profillərlə əlaqələndirir.

Tinder® istifadəçilərinin profilləri realdırmı?

Tinder® söhbət etdiyiniz şəxsin şəkli ilə uyğun gəldiyindən əmin olmaq üçün, istifadəçilərinə Fotoşəkil Təsdiqi addımını keçməyi təklif edir. Təsdiqlənmiş profillərdə mavi rəngli işarə olur və bunu sizə də tövsiyə edirik,—o hər kəsdə yaxşı görünür və icmanın təhlükəsizliyini qorumağa kömək edir.

Tinder®-dən noutbukda istifadə etmək olarmı?

Kompüterdən bizə qoşulmaq istəyən hər kəs üçün https://tinder.com saytında bir çox funksiyalar mövcuddur.

Tinder® harada işləyir?

Tinder, yeni insanlar görə, sosial əhatənizi genişləndirə və ya 190-dan çox ölkədə yerli insanlarla görüşə biləcəyiniz qlobal, onlayn tanışlıq platformasıdır. Növbəti sual...

Tinder Xüsusiyyətləri və Abunəlikləri Haqqında Hər Şey

Tinder Gold™ necə işləyir?

Tinder Gold™ üzvlüyünə keçdiyiniz zaman, bütün pərəstişkarlarınızı bir arada görmə imkanı əldə edəcəksiniz. Bəyəndiyiniz siyahıdan profilləri birbaşa avtomatik uyğunlaşdırmaq, çıxarmaq və ya artırarmaqla vaxtınıza qənaət edin.

Tinder Boost necə işləyir?

Boost sizə, öz ərazinizdə 30 dəqiqəlik ən populyar profillərdən biri olma imkanı verir. Profilinizin 10 qat daha çox diqqət çəkməsini istədiyiniz zaman bənövşəyi rəngli şimşək işarəsindən istifadə edin.

Tinder-də Ən Populyar Profil Necə Olur?

Biz etiket həvəskarı deyilik, amma bunu gördükdə yaxşı şeylər xatırlayırıq. Ən Populyar Şəkillərlə, istifadəçilər gündə 10 kateqoriyaya bölünmüş profildən yalnız birini, ödəniş edən istifadəçilər isə 10 profildən ibarət seçilmiş siyahının hamısını görə biləcəklər.

Tinder Gold™ nə təklif edir?

Tinder Gold™ ilə sizi Bəyənənləri görərək vaxtınıza qənaət edin və Limitsiz Bəyənmələr, Rewind®, Passport™, gündəlik 5 Super Like™, eləcə də aylıq 1 Boost imkanları ilə reklamsız imtiyazlardan yararlanın.

Tinder-də mənə kim Super Bəyənmə göndərdi?

Sizə kimin Super Bəyənmə göndərdiyinə dair ipucular axtarışındasınızsa, potensial uyğunlaşma profilində mavi ulduz tapmaq üçün istifadəçilərə nəzər salın.

Əlaqə və Tanışlıq Haqqında Hər Şey

Tinder mənim toyuma sponsorluq edəcəkmi?

Əvvəllər Tinder toylara sponsorluq etsə də, hazırda bu haqda heç nə vəd etmirik, bununla belə nikahlarınızı qeyd etməyə hər zaman hazırıq. Pulsuz Tinder kolleksiyası əldə etmək şansını əldə etmək üçün bizə tinderstories@gotinder.com e-poçt ünvanı vasitəsilə yazın və lütfən özünüzü narahat hiss etməyin.

Tinder-də tanışlıq mümkündürmü?

Bu günə qədər olan 55 milyard uyğunlaşması ilə Tinder yeni insanlarla görüşməyi asanlaşdırır. Hər kəsdən fərqlənməniz və uyğunlaşma potensialınızı artırmanız üçün tərtib olunmuş funksiyalara malikik, amma son addımı atmaq öz ixtiyarınızdadır.

Tinder-də sevgili olmaq mümkündürmü?

Sevgi axtarışındasınızsa doğru yerə gəlmisiniz —Tinder-də hər şey mümkündür və bunu sübut edəcəyimizə söz veririk.